08
Noyabr

8 Noyabr

Zəfər günü

Lənkəran sakinləri Şuşanın azad olunmasını qeyd edirlər

Lənkəran sakinləri Şuşanın işğaldan azad olunmasını böyük sevinc və coşqu ilə qeyd ediblər.

Sakinlər Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa müraciətindən sonra Lənkəran şəhərinin mərkəzində Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırıb, müxtəlif şüarlar səsləndiriblər.

Lənkəranlılar "Qarabağ Azərbaycandır", Qarabağ bizimdir, bizim olacaq", "Şuşa musiqimizin beşiyidir" şuarlarını səsləndiriblər.

Qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyev başda olmaqla, Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın müddətdə erməni qəsbkarlarının işğalı altında olan ərazilərimizin tarixini yenidən yazır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.