08
Noyabr

8 Noyabr

Zəfər günü

Gəncə Şuşanın azad olunmasını qeyd edir

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad edildiyini bildirdikdən sonra bütün ölkədə bu xəbər böyük coşquyla qeyd olunur.

Bu xəbərdən sonra Gəncə sakinləri əllərində Azərbaycan bayrağı, böyük ruh yüksəkliyi və coşqu ilə azadlıq xəbərini qeyd edirlər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.