Zəfər günü
Şuşa zəfəri Sumqayıtda belə qeyd olundu
Şuşa şəhərinin işğaldan azad olunması xəbəri Sumqayıtda da böyük coşqu ilə qarşılanıb.
Sumqayıt sakinləri şəhərin mərkəzində və küçələrində Şuşanın işğaldan azad olunmasını sevinclə qeyd ediblər.
Bir qrup sakin şəhid general Polad Həşimovun vaxtilə yaşadığı binanın həyətinə toplaşaraq onun xatirəsini yad edib.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.