Zəfər günü
Vətən müharibəsi haqqında "Biz" tarixi-sənədli filmi istehsal edilib
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə birgə Vətən müharibəsində şanlı zəfərə həsr olunan "Biz" tarixi-sənədli filmini istehsal edib.
Filmdə Vətən Müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ön cəbhədə qəhrəmancasına döyüşən Azərbaycan əsgəri ilə yanaşı, arxa cəbhədə onu dəstəkləyən vətənpərvər sadə vətəndaşların da qələbədə oynadığı rol göstərilir. Ekran əsərində həm əsgərlərimizin, həm də sadə vətəndaşların müharibə dövründə keçirdiyi mənəvi və psixoloji ruh yüksəkliyi, emosiyalar, hisslər, ortaya çıxan yeni müsbət cizgilər və ən əsası hər bir azərbaycanlının qələbəyə sona qədər inam bəsləməsi öz əksini tapıb. Filmdə, 44 günlük Vətən müharibəsi dövründə rəngli xarakterləri və səsləri ilə 100 fərqli vətəndaşımızın müsahibəsinə yer verilib. Qısacası filmdə “BİZ” və bizim məğrur qələbəmizdən söz açılır.
Filmin ərsəyə gəlməsində ideya müəllifi və rejissoru, Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev başda olmaqla, Bakı Media Mərkəzinin yaradıcı heyətinin geniş rolu olub.