02
Oktyabr

2 Oktyabr

Orduya dəstək

Bakı Media Mərkəzi şanlı Azərbaycan Ordusu ilə bağlı xüsusi videoçarx hazırlayıb

Bakı Media Mərkəzi işğal altındakı torpaqlarımızın azad olunması istiqamətində əks-hücum əməliyyatı həyata keçirən şanlı Azərbaycan Ordusu ilə bağlı xüsusi videoçarx hazırlayıb.

Mərkəzin sosial şəbəkələrdəki səhifələrində yayılan paylaşımda deyilir: “Azərbaycan Ordusu güvən yerimiz, qürur mənbəyimizdir. Ordumuz vətənimizi, müstəqil dövlətimizi və ərazi bütövlüyümüzü ən yüksək səviyyədə qorumağa qadirdir. İndi şanlı Ordumuz öz qüdrəti və cəsarəti ilə bu bacarığını döyüş meydanında isbatlayır. Biz Ali Baş Komandanımıza , Ordumuza və əsgərlərimizə güvənirik. Qələbə bizimlədir. Hər şey Vətən üçün, hər şey Qarabağ üçün!”

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.