02
Oktyabr

2 Oktyabr

Orduya dəstək

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Silahlı Qüvvələrə Yardım Fonduna dəstək kampaniyasına qoşulub

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın əməkdaşları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizə aparan ordumuza dəstək aksiyasına qoşulub.

Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərinin və Aparat əməkdaşlarının əməkhaqlarından 100 min manat məbləğində vəsaitin Silahlı Qüvvələrə Yardım Fonduna ianə olunması barədə qərar qəbul edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.