02
Oktyabr

2 Oktyabr

Orduya dəstək

Azərbaycan Avtomobil Federasiyası orduya dəstək üçün “Pikap”ları təqdim etdi

Azərbaycan Avtomobil Federasiyası Ermənistanın sentyabrın 27-dən başlayan təxribatlarına qarşı hərbi əməliyyatlar aparan Azərbaycan Ordusuna, ərazilərimizin bütövlüyü uğrunda döyüşən hərbçilərimizə dəstək məqsədilə ordu qərargahına yüksək keçidli avtomobillər kateqoriyasına aid, texniki imkanları hərbi nəqliyyat vasitələrinə uyğun olan “Pikap” tipli avtomobillər təqdim edib.

Federasiyadan bildiriblər ki, Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsinə, eləcə də düşmənə qarşı son günlər aparılan uğurlu hərbi əməliyyatlara töhfə vermək üçün 10 ədəd “Pikap” tipli avtomobil ön cəbhədə yolsuzluq şəraitində istifadə məqsədilə təhvil verilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.