02
Oktyabr

2 Oktyabr

Orduya dəstək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Ordusuna dəstəyini ifadə edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribata cavab olaraq Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatlarının işğal edilmiş ərazilərin azad olunması ilə nəticələnəcəyinə əminliyini bildirir.

Azərbaycanın Şanlı Ordusunun uğurlu əməliyyatına dəstək olmaq məqsədilə Mərkəzin əməkdaşlarının təşəbbüsü ilə onların əməkhaqlarının bir hissəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülüb.

Vurğulanıb ki, Azərbaycanın tarix yazdığı bu günlərdə Mərkəzin üzvləri Ermənistanın təcavüzkar əməlləri haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətini davam etdirir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.