02
Oktyabr

2 Oktyabr

Orduya dəstək

Riqada Azərbaycan ordusunun əks-hücum əməliyyatlarına dəstək məqsədilə yürüş keçirilib

Latviyanın paytaxtı Riqa şəhərində Azərbaycan ordusunun əks-hücum əməliyyatlarına dəstək yürüşü keçirilib.

“Səssiz yürüş” Riqa Texniki Universitetinin 3 cü kurs tələbəsi Samir Əzizovun təşəbbüsü ilə baş tutub. Yürüşdə Riqada təhsil alan tələbələr və Azərbaycanın diasporunın üzvləri fəal iştirak ediblər.

Yürüşdə Azərbaycan və Türkiyə bayraqları, “Qarabağ Azərbaycanındır”, “Torpaqlarımıza qayıtmaq istəyirik”, “ Ordumuzun yanındayıq” və s şüarlar nümayiş etdirilib.

Yürüşə Turkiyə diasporasının nümayəndələri də qoşulub. Tədbirin təşkilatçısı Samir Əzizov Latviya mətbuatına verdiyi müsahibədə Azərbaycan ordusunun öz torpaqlarında döyüşdüyünü və mübarizəmizin Azərbaycanın haqq davası olduğunu vurğulayıb.

Daha sonra müsahibə verən Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının latviyalı üzvü Elnur Rəhimov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə geniş məlumat verib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.