01
Oktyabr

1 Oktyabr

Xarici media

Bu günlərdə Böyük Britaniyanın “The Times” qəzetində guya Türkiyənin Ermənistan silahlı qüvvələri ilə döyüşmək üçün Azərbaycana muzdlu əsgərlər göndərməsi ilə bağlı reallığı əks etdirməyən informasiya dərc olunub. Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin həmin qəzetdə bu qərəzli informasiya ilə əlaqədar cavab məktubu dərc olunub. Səfir həmin informasiyanın müəllifinə yazır:

“Sizin xəbəriniz reallığı əks etdirmir. Özünün yüksək ixtisaslı və lazımi səviyyədə təchiz olunmuş Silahlı Qüvvələri olduğu halda, Azərbaycan başqa bir ölkənin döyüşçülərinə niyə ehtiyac duysun? Azərbaycanla Türkiyə arasındakı hərbi əməkdaşlıq yalnız hərbi təlimlərin keçirilməsi ilə məhdudlaşır. Digər tərəfdən, indiyədək Yaxın Şərqin bu münaqişəyə cəlb olunması ancaq Livan və Suriyadan olan etnik ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırılması ilə bağlıdır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.