01
Oktyabr

1 Oktyabr

Xarici media

Almaniyanın “nex24.news” portalında azərbaycanlı ekspert Asif Məsimovun müəllifliyi ilə “Azərbaycan və Ermənistanın arqumentləri” sərlövhəli məqalə dərc olunub.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi aspektlərinə nəzər salınır, bölgənin həmişə Azərbaycanın tərkib hissəsi olduğu vurğulanır.

Yazıda Dağlıq Qarabağın Ermənistana məxsus olması ilə bağlı erməni tərəfinin arqumentləri sadalanır və tarixi faktlara əsaslanaraq onların həqiqətə uyğun olmadığı sübuta yetirilir. Diqqətə çatdırılır ki, “Dağlıq Qarabağ xalqı” heç zaman mövcud olmayıb və sözügedən ərazilərdə ermənilər və azərbaycanlılar birgə şəkildə yaşayıb. Vurğulanır ki, Dağlıq Qarabağda yaşayan ermənilər öz müqəddəratını təyinetmə hüququndan istifadə edə bilməzlər. Diqqətə çatdırılır ki, öz müqəddəratını təyinetmə hüququndan beynəlxalq hüququn ərazi bütövlüyü prinsipi çərçivəsində istifadə oluna bilər.

Müəllif, həmçinin ermənilərin Sumqayıt hadisələri ilə bağlı irəli sürdükləri iddiaları tarixi faktlara əsaslanmaqla rədd edir, eləcə də onların törətdikləri Xocalı qətliamından söz açır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.