01
Oktyabr

1 Oktyabr

Xarici media

Özbəkistanın “human.uz” və “interpress.uz” portallarında Ermənistanın Azərbaycana qarşı təxribatları barədə rus dilində məqalələr dərc olunub.

Məqalələrdə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistan silahlı qüvvələrinin hərbi təxribatını pislədiyi və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə uyğun olaraq Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz çıxmasına çağırdığı bildirilir.

Qeyd olunur ki, İƏT Ermənistanın Azərbaycana təcavüzünü və hadisələrin gedişini diqqətlə izləyir. Təşkilat Ermənistan Ordusu tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin və mülki əhalinin atəşə tutulmasından narahatdır. Məlumdur ki, mülki əhali arasında ölən və yaralananlar var, cəbhə xəttində çoxlu evlər dağılıb və ya ciddi zədələnib.

Həmçinin bildirilir ki, Ermənistan ordusu 1170 məcburi köçkünün yaşadığı yaşayış məntəqəsini artilleriya atəşinə tutub. Nəticədə yaşayış məntəqəsinin infrastrukturuna ciddi ziyan dəyib.

“Dinc əhalini atəşə tutmaqla Ermənistan hərbi cinayət törədir. Bu, mülki əhaliyə qarşı əsl terrordur. Ermənistan növbəti dəfə beynəlxalq humanitar hüququn norma və prinsiplərini pozduğunu nümayiş etdirir”, - deyə yazılarda vurğulanır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.