
Zəfərin yolu
Ermənistan silahlı qüvvələri hazırda Xankəndi ərazisindən Tərtər şəhərini və Füzuli rayonunun Horadiz şəhərini raket atəşinə tutur.
Müdafiə Nazirliyindən bildirilib ki, işğal altında olan ərazilərimizdən isə Ağdam və Tərtər rayonlarının kəndləri artilleriya atəşinə məruz qalıb.
Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı adekvat cavab tədbirləri görülür.
Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri atəşə tutulub.
İşğalçı ölkənin silahlı qüvvələri 04.10.2020-ci il, saat 10 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə...
Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
İşğalçı ölkənin silahlı qüvvələrinin Ağcabədi rayonunun müxtəlif istiqamətlərində dinc əhalinin yaşayış evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 04.10.2020-ci il tarixdə saat 15 radələrində yeməkxanada olan zaman oraya top mərmilərinin düşməsi nəticəsində Taynaq kand sakini 2006-cı il təvəllüdlü İsgəndərov Fərid Dilafət oğlu dağıntılar altında qalaraq həlak olmuş, çoxsaylı mülki infrastruktur obyektlərə...
İşğalçı ölkənin silahlı qüvvələri 04.10.2020-ci il, saat 23 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən 100 km-dən artıq uzaqlıqda yerləşən Azərbaycanın sənaye şəhəri, 100 mindən artıq əhalisi olan...