• Ermənistanın müharibə cinayətləri
17
Oktyabr

17 Oktyabr

Günahsız qurbanlar

Gəncəyə raket hücumu nəticəsində şəhid olan körpə

Ermənistanın Gəncə şəhərinə raket hücumu nəticəsində 13 nəfər öldü, 48 nəfər isə yaralandı. Həlak olanlar arasında Gəncə sakini Timur Xaliqovun körpə qızı Narin və həyat yoldaşı Sevil Xaliqova da olub. Timur Xaliqovun 10 aylıq qızı və həyat yoldaşı dəfn edilərkən övladını son dəfə bağrına basan atanın fəryadını əks etdirən fotosu sosial şəbəkələrdə gün ərzində ən çox paylaşılan foto oldu. İnsanlar Timur Xaliqovun acısını bölüşərək ona dəstək...

17
Oktyabr

17 Oktyabr

Törədilən cinayətlər

Gəncədə növbəti erməni terroru

Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutub.

Raket hücumu yaşayış binasında dağıntılara səbəb olub. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

17
Oktyabr

17 Oktyabr

Əhaliyə dəyən ziyan

Gəncədə 20-dən çox ev dağılıb

Azərbaycanın ikinci böyük şəhərində günahsız dinc sakinlər Ermənistanın raket hücumuna məruz qalırlar.

İlkin məlumata görə, 20-dən çox ev dağıdılıb.

17
Oktyabr

17 Oktyabr

Dövlət obyektlərinə dəyən ziyan

Düşmən Gəncədə məktəbi dağıtdı

Ermənistan Silahlı Qüvvələrinin Gəncəni növbəti dəfə ballistik raket atəşinə tutması nəticəsində şəhərin 29 nömrəli məktəbi ciddi dağıntılara məruz qalıb.