• Ermənistanın müharibə cinayətləri
07
Oktyabr

7 Oktyabr

Günahsız qurbanlar

Ermənilərin öldürdüyü mülki şəxslərin sayı 28-ə çatdı

Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn bütün prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc azərbaycanlı mülki əhaliyə qarşı cinayət əməllərini törətməkdə davam edir.

Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 28 mülki şəxs həlak olub, 144 nəfəri isə yaralanıb.

07
Oktyabr

7 Oktyabr

Törədilən cinayətlər

Təcavüzkar Ermənistanın dinc əhaliyə qarşı terroru davam edir

Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur.

Ağdam rayonunun Xındırıstan kəndi ərazisində yaşadığı evə mərmi düşməsi nəticəsində kənd sakini 1945-ci il təvəllüdlü Əliyeva Zərifə Qamboy qızı həlak olub, eyni zamanda evə külli miqdarda ziyan dəyib. 

07
Oktyabr

7 Oktyabr

Əhaliyə dəyən ziyan

427 ev yararsız vəziyyətə düşüb

Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni statistika açıqlanıb.

Statistikaya əsasən, yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 66, yaşayış evlərinin sayı isə 427-dir.

07
Oktyabr

7 Oktyabr

Dövlət obyektlərinə dəyən ziyan

Ermənistanın elektrik şəbəkəsinə vurduğu ziyan açıqlandı

Erməni silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində müxtəlif gərginlikli xətlər 300 dəfəyədək vurulub, həmçinin 250-dən çox transformator və 800-dək dayaq yararsız hala düşüb.

Yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı ASC əməkdaşlarının fədakar əməyi sayəsində uğurla icra olunur. Təmas xəttinə yaxın yaşayış məntəqələrində 24 saat fasiləsiz xidmət göstərən Səhmdar Cəmiyyətin əməkdaşları qısa vaxtda bu qəzaları aradan qaldırıblar.

Cəbhə xəttində yerləşən rayonlara ehtiyat transformatorlar, naqillər,...