04
Oktyabr

4 Oktyabr

Dövlət obyektlərinə dəyən ziyan

Ermənilərin atdığı raketlərdən biri Mingəçevir istilik elektrik stansiyasının qarşısına düşüb

Bu gün axşam saatlarında Ermənistan silahlı qüvvələri Mingəçevir istilik elektrik stansiyasını (İES) hədəf alıblar.

Atılan raketlərdən biri İES-in qarşısına düşüb.Lakin raket partlamayıb. Raket xüsusi texnika cəlb edilməklə qazılıb, döyüş başlığı araşdırılacaq. Raketin mexanizmi tam işləməyib. Partlayış baş versəydi, enerji blokları ziyan görə bilərdi.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.