• Ermənistanın müharibə cinayətləri
10
Oktyabr

10 Oktyabr

Günahsız qurbanlar

Erməni təxribatları: 31 mülki şəxs həlak olub, 171-i yaralanıb

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 31 mülki şəxsi qətlə yetiririlib, 171 nəfəri yaralanıb.

10
Oktyabr

10 Oktyabr

Törədilən cinayətlər

Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur

Bu gün saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Eyni zamanda bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalır.

Düşmənin bütün hücum cəhdlərinin qarşısı bölmələrimiz tərəfindən uğurla alınıb. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür.

10
Oktyabr

10 Oktyabr

Əhaliyə dəyən ziyan

Erməni təxribatı nəticəsində 146 mülki obyekt, 1137 yaşayış evi, 45 çoxmərtəbili bina yararsız hala düşüb

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq dinc əhalinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutub, bununla da mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam edib.

Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 146, çoxmənzilli yaşayış binalarının sayı 45, yaşayış evlərinin sayı isə 1137-dir.