Zəfərin yolu
Ermənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş vermiş itkilərlə bağlı son statistika açıqlanıb.
27.09.2020-ci il tarixdən - hazıradək (04.10.2020-ci il saat 10:00) həlak olmuş şəxslərin sayı 22 nəfər, yaralanmış şəxslərin sayı 74 nəfər, ziyan dəymiş mülki obyektlərin sayı 49 ədəd, ziyan dəymiş yaşayış evlərinin sayı 248 ədəd olub.
Ermənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş vermiş itkilərlə bağlı son statistika açıqlanıb.
27.09.2020-ci il tarixdən 04.10.2020-ci il saat 15:30-dək ermənilərin atəşkəsi pozması nəticəsində 24 mülki şəxs ölüb, 111 nəfər yaralanıb.
Bundan başqa 49 mülki obyektə, 248 yaşayış evinə ziyan dəyib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu oktyabrın 4-də Gəncə şəhəri ərazisinə dağıdıcı xassəli mərmilərin düşməsi nəticəsində yaralanan şəxslərin siyahısını açıqlayıb.
Həmin siyahını təqdim edirik:
1. 1988-ci il təvəllüdlü Əsədova Səkinə Həsən qızı
2. 1962-ci il təvəllüdlü Əliyeva Mətanət Fəxrəddin qızı
3. 2004-cü il təvəllüdlü Abdullayev Məleykə Tapdıq qızı
4. 1958-ci il təvəllüdlü Qasımova İradə Cəmil qızı
5. 1973-cü il təvəllüdlü Abdullayev Tapdıq Əmiraslan oğlu
6. 1993-cü il təvəllüdlü Yolçuyeva Aytən Yolçu qızı
7....
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
İşğalçı ölkənin silahlı qüvvələrinin Ağcabədi rayonunun müxtəlif istiqamətlərində dinc əhalinin yaşayış evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 04.10.2020-ci il tarixdə saat 15 radələrində yeməkxanada olan zaman oraya top mərmilərinin düşməsi nəticəsində Taynaq kənd sakini, 2006-cı il təvəllüdlü İsgəndərov Fərid Dilafət oğlu...
Ermənilərin Gəncə şəhərini atəşə tutması nəticəsində 1 nəfər həlak olub, 32 nəfər xəsarət alıb.
Gəncə şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak olmuş, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bununla yanaşı, şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulub. Dəymiş ziyanın məbləği hadisə yerində fəaliyyət göstərən Baş Prokurorluğun əməliyyat-istintaq qrupu tərəfindən baxış keçirilməklə və digər zəruri istintaq hərəkətləri yerinə yetirməklə dəqiqləşdirilir.
Bu gün Gəncə şəhərinin Ermənistan ərazisindən raket atəşinə tutulması nəticəsində yaralananlardan 6-sı uşaqdır.
Ermənistan Silahlı Qüvvələrinin Gəncənin atəşə tutması nəticəsində 16 yaşlı Abdullayev Məleykə Tapdıq qızı, 10 yaşlı Əliyev Turqay Azər oğlu, 9 yaşlı İbrahimov Fərid Faiq oğlu, 7 yaşlı İbrahimova Banu Faiq qızı, 4 yaşlı Hacıyev Malik Aman oğlu və 1 yaşlı Eyubova Zəhra Xəyyam qızı yaralanıb.
Qeyd edək ki, Gəncə şəhərinin...
İşğalçı ölkənin silahlı qüvvələri 04.10.2020-ci il, saat 23 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən 100 km-dən artıq uzaqlıqda yerləşən Azərbaycanın sənaye şəhəri, 100 mindən artıq əhalisi olan Mingəçevir şəhərinin mülki əhalisinin...