Zəfərin yolu
Noyabrın 4-ü saat 08.05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur.
Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür
Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni statistika açıqlanıb.
Statistikaya əsasən, yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 500, çoxmənzilli yaşayış binalarının sayı 98, yaşayış evlərinin sayı isə 2734-dür.