05
Oktyabr

5 Oktyabr

Yerli media

Elçin Mirzəbəyli: Ermənistanın jurnalisitləri silahlandırması onların qanunsuz hərbi birləşmələrin tərkibində döyüşdüklərini sübuta yetirir (Trend)

Jurnalist əlinə silah aldığı andan onun peşə fəaliyyəti sona yetir. Dünyanın əksər ölkələrinin, o cümlədən bütün nüfuzlu beynəlxalq təşkilatların Jurnalistlərin Peşə Etikası Kodeksi ilə bağlı qəbul etdikləri sənədlərdə bu prinsip əsas götürülür.

Bunu əməkdar jurnalist Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli vurğulayıb ki, beynəlxalq təcrübədə jurnalistin əlinə silah aldığına görə peşə fəaliyyətinə son verildiyi ilə bağlı çoxsaylı faktlar var:

“Onlardan birini nümunə gətirim. 2016-cı ilin dekabrında ABŞ-dan yayımlanan “The Blaze” adlı mediaresursunun müxbiri Ceyson Battrill İraqın Mosul şəhərində əlinə sadəcə silah alıb şəkil çəkdirdiyi və bunu özünün “Tvitter” səhifısində paylaşdığı üçün jurnalist təşkilatlarının ciddi qınağına tuş gəlmişdi və onu dərhal İraqdan geri çağıraraq jurnalist kimi fəaliyyətinə son vermişdilər.

Jurnalistin silahı sözdür, qələmdir, noutbuk, mikrafon, diktafon və telekameradır. Jurnalist heç bir halda üzərində silah gəzdirə bilməz. Silahlı jurnalist döyüşçüdür, media təmsilçisi deyil.

Bu baxımdan, Ermənistan jurnalisitlərinin silahlanması onların peşə fəaliyyətilə məşğul olmadığını, işğalçı qüvvələrin, qanunsuz hərbi birləşmələrin tərkibində döyüşdüklərini sübuta yetirir”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.