05
Oktyabr

5 Oktyabr

Yerli media

ASALA Qarabağ həqiqətlərini yazan jurnalistləri ölümlə hədələyir (AzVision)

“Ermənilər başınızla futbol oynayacaq!”, “Yazınız sizə çox baha başa gələcək!”, “Adları yadda saxlayaq, pıerre plottu... müharibə dövrünün hökmü ölüm hökmüdür!”.

Bu ölüm hədələri Fransanın “La Liberation” qəzetinin jurnalistlərinə beynəlxalq erməni terror təşkilatı - ASALA və onun üzvləri tərəfindən göndərilib.

Son günlər bu və digər erməni təşkilatları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri yazan jurnalistləri ölümlə hədələyir və reallıqları gizlətməyə çalışırlar.

“La liberation” qəzetinin jurnalisti ASALA-nın, eləcə də erməni lobbisinin üzvləri tərəfindən ona göndərilən ölüm hədələrini Twitter hesabında paylaşıb. Qəzetin saytında Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı obyektiv məqalə çoxlarını, xüsusən ASALA-nı və erməni diasporunu qəzəbləndirib. Ölüm hədələri alan jurnalistlər məqaləni saytdan çıxarmağa məcbur olublar.

İllərdir Avropada məskunlaşan ermənilər qanlarına hopmuş mənfur əməllərindən əl çəkə bilmirlər. Bu mənada “demokratiyanın beşiyi” adlandırılan Fransanın da iç üzü açılır. Söz azadlığı deyib car çəkən, insan hüquqlarının müdafiəsi üçün özünü dağa–daşa vurub, hay-həşir salan ölkədə jurnalistlər ölümlə hədələnir. Başqa ölkələrdə insan hüquqları axtarışında olan Fransada nədənsə ASALA terrorçularının, həmçinin özünün daim himayə elədiyi erməni lobbisinin jurnalistlərə qarşı ölüm hədələrinə ciddi reaksiya verilmir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.