05
Oktyabr

5 Oktyabr

Yerli media

“Televizorda Cəbrayılın azad olunması xəbərini eşidəndə uşaq kimi ağladım” - Cəbrayıl sakini (Azərtac)

27 ildir doğma şəhərim Cəbrayıldan ayrı düşmüşəm. Bu illərdə çətinliklərimiz çox olub. Ən böyük çətinlik isə yurd həsrəti ilə yaşamaq idi. Şükürlər olsun Allaha! Prezidentimizin qətiyyəti, ordumuzun gücü sayəsində Cəbrayıl işğaldan azad olundu. Tezliklə yurd həsrətimizə son qoyulacaq.

Bu sözləri Cəbrayıl şəhərindən məcburi köçkün Fazil Səfərov deyib.

Fazil Səfərov bildirib ki, Cəbrayılın işğaldan azad olunması xəbərini eşidəndə sevincindən ağlayıb: "Sevincimi sözlə ifadə edə bilmirəm. İllərdir həsrətini çəkdiyim Vətənimə qovuşuruq. Televizorda Cəbrayılın azad olunması xəbərini eşidəndə uşaq kimi ağladım. Prezidentimizə minnətdarlığımı bildirirəm. Əminəm ki, ordumuz düşmən üzərində qələbə qazanaq digər işğal altında olan ərazilərimizi də azad edəcək. Bütün məcburi köçkünlər doğma yurdlarına dönəcəklər".

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.