05
Oktyabr

5 Oktyabr

Yerli media

Ağcabədidə ermənilərin atdığı mərmidən dağılan evdən (Report)

Oktyabrın 5-də Ermənistan silahlı qüvvələri Ağcabədi şəhərini raket atəşinə tutub.

Raketlərdən biri partlamayıb. Digər iki raketdən biri həyətyanı sahəyə düşərək evdə dağıntılara səbəb olub, digər raket isə başqa evə düşüb. Nəticədə Ağcabədi şəhər sakinləri - 1994-cü il təvəllüdlü Elşən Mehdi oğlu İbrahimov və qardaşı qızı, 2015-ci il təvəllüdlü Ayan Rövşən qızı İbrahimova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, evə külli miqdarda ziyan dəyib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.