06
Oktyabr

6 Oktyabr

“Prezidentimizin Cəbrayıl şəhərinin və kəndlərinin işğaldan azad olunduğunu elan etməsi bizi sevinc göz yaşlarına bürüdü” (Azərtac)

Cocuq mərcanlılılar şanlı Azərbaycan Ordusunun zəfər xəbərlərini 4 il əvvəl qayıtdıqları doğma torpaqlarında böyük sevinclə qarşılayırlar. Cəbrayıl şəhərinin və rayonun kəndlərinin azad olunması bu sevinci daha da artırıb.

Rəşadətli Azərbaycan Ordusu qarşısında aciz qalan erməni faşistləri Cocuq Mərcanlını da ağır artilleriyadan atəşə tutub. Lakin kənd sakinləri düşmənin bu təxribatından qorxmurlar və kənddə...

06
Oktyabr

6 Oktyabr

Erməni faşistlərinin təxribatı Horadiz sakinlərini qorxutmur (Azərtac)

Erməni faşistləri cəbhəboyu dinc sakinlərimizi hədəf alaraq ağır artilleriyadan istifadə edir. Nəticədə isə mülki şəxslər həyatını itirir, xəsarət alır və xeyli sayda dağıntı qeydə alınır.

Belə yaşayış məntəqələrimizdən biri də Horadiz şəhəridir. Düşmənin təxribatından qorxmayan horadizlilər gündəlik təsərrüfat qayğıları ilə məşğuldurlar.

Horadiz sakini Elçin Quliyevlə söhbət zamanı yerli sakinlərin mətnliyinin bir daha şahidi olduq: “Erməni kimdir ki, biz onlardan qorxaq. Bizim güclü ordumuz...

06
Oktyabr

6 Oktyabr

Ağdamın Böyükbəyli kəndi artilleriya atəşinə tutulub (Azərtac)

Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini artilleriya qurğularından atəşə tutmağa davam edir. Nəticədə mülki obyektlərə, dinc əhalinin əmlakına külli miqdarda ziyan vurulur.

Düşmənin növbəti hədəfi rayonun Böyükbəyli kəndi olub. Oktyabrın 6-da günorta saatlarında kənd artilleriya atəşinə tutulub. Düşmənin artilleriya atəşi nəticəsində təsərrüfatına ziyan dəyən Valeh Qasımov deyib: "Evdə oturmuşdum. Birdən güclü partlayış səsi eşitdim. Bayıra çıxanda gördüm ot...

06
Oktyabr

6 Oktyabr

Erməni faşistləri Ağdam rayonunda yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqda davam edir (Azərtac)

Ermənistan silahlı qüvvələri Ağdam rayonunun qəsəbə və kəndlərini, mülki infrastruktur obyektlərini ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Düşmənin artilleriya atəşi nəticəsində rayonun Təzəkənd kəndində 3 evə, modul tipli məktəbə və çayxanaya ziyan dəyib, 3 baş heyvan tələf olub. Məcburi köçkünlər üçün salınmış Təzəkənd qəsəbəsində 3 ev dağılıb, 10 evə ziyan dəyib.

06
Oktyabr

6 Oktyabr

Düşmənin artilleriya atəşinə tutduğu Goranboyun Qızılhacılı kəndindən (Azərtac)

Ermənistan silahlı birləşmələri döyüş bölgəsindən xeyli uzaqda yerləşən mülki əhalinin sıx yaşadığı əraziləri və məntəqələri ağır artilleriyadan atəşə tutmaqda davam edir.

Düşmənin Goranboy rayonunun Qızılhacılı kəndini artilleriya atəşinə tutması nəticəsində bir neçə evə ciddi ziyan dəyib.

Çəkiliş qrupumuz ziyan dəymiş evlərdə olub, dağıntıları lentə alıb, sakinlərlə, zərərçəkmişlərlə söhbət edib.

Düşmənin atdığı raket zərbəsi nəticəsində evinə ciddi ziyan dəyən Gülnarə Hüseynova bildirib ki,...

06
Oktyabr

6 Oktyabr

Erməni təxribatları cəbhəyanı kəndlərin sakinlərini qorxutmur (Azərtac)

Düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanları artilleriya atəşinə tutmaqda davam edir. Lakin erməni təxribatları cəbhəyanı kəndlərin sakinlərini qorxutmur. Yaşayış məntəqələrində həyat öz axarı ilə davam edir.

Erməni silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Ağdam rayonunda məcburi köçkünlər üçün salınmış Səfərli qəsəbəsində evlərə, infrastruktura, kənd təsərrüfatına ziyan dəyib, xəsarət alanlar var. Lakin buna baxmayaraq, məcburi köçkünlərin əhval-ruhiyyəsi yüksəkdir. Qəsəbədə söhbət etdiyimiz sakinlərin...

06
Oktyabr

6 Oktyabr

Lord Devid Evans: Mülki şəxslərə qarşı hücumlar Ermənistanın nə qədər aqressiv olduğunun göstəricisidir ​(Azərtac)

Mən dost Azərbaycan xalqına və Prezident İlham Əliyevə öz xoş arzularımı çatdırıram. O, Azərbaycan xalqı üçün mükəmməl şəxsdir.

Bu sözləri Böyük Britaniya parlamentində Lordlar Palatasının üzvü Devid Evans deyib.

“Müharibəyə görə həyatını itirən şəxslərə görə dərin kədər hissi keçirirəm və ailələrinə başsağlığı verirəm. İnsanlar həyatlarını itirir və yaralanırlar, bu, çox kədərlidir. Mülki şəxslərə qarşı olan bu...

06
Oktyabr

6 Oktyabr

Politoloq: Bu gün erməni xalqı məyusluq içərisindədir, Paşinyanın siyasəti iflasa uğrayıb (Azərtac)

Faşist ideologiyasına xidmət edən Ermənistan hakimiyyəti öz təcavüzkarlıq əməllərindən əl çəkmir. Ermənistanın faşist mahiyyəti özündə irqi ayrı-seçkiliyi, başqa xalqlara və millətlərə kin, nifrət bəsləməyi, başqalarının ərazilərinə göz dikməyi ehtiva edir. Ermənistan regionda indiyədək təcavüz və işğalçılıqdan başqa heç bir şeyə nail olmayıb. Bu fonda Azərbaycanın inkişafı uğursuz Ermənistanı qıcıqlandırır və onda qısqanclıq hissi yaradır. Bədnam...

06
Oktyabr

6 Oktyabr

Aleksandr Kostin: Vətənin bütövlüyünü, tarixi ədaləti bərpa etmək borcumuzdur (Azərtac)

Əvvəla, mən Rusiya ictimaiyyətinə müraciət edirəm. Rusiya telekanallarında ən aktual mövzulara həsr olunan çoxsaylı tok-şoular aparılır. Mövzular aydındır, məntiqi təhlillərə əsaslanır. Təəccüblüsü budur ki, Qarabağ məsələsinə gəldikdə, belə təəssürat yaranır ki, otuz il ərzində şərhçilər hələ də mövzuya girməyiblər. Doğrudur, etibarsız məlumatlar hamısı bir tərəfə. Axı, ən əsas və prinsipial məsələ nədir – müharibə kimin torpağında gedir?...

06
Oktyabr

6 Oktyabr

Düşmənin müharibə cinayətləri - dinc əhaliyə qarşı istifadə olunan raketlər (Azərtac)

Ermənistan silahlı qüvvələri sentyabrın 27-si səhər saatlarından genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutur. Dinc sakinlər hədəf alınır, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan vurulur.

06
Oktyabr

6 Oktyabr

Toşiyuki Fucivara: Yaponiya Azərbaycanın ərazi bütövlüyün dəstəkləyir və münaqişənin tezliklə həllini arzulayır (Azərtac)

Dost Azərbaycan xalqını çox sevən biri olaraq, Dağlıq Qarabağ probleminin tezliklə həll olunmasını arzulayıram. Uzun illər davam edən bu münaqişədə xalqınızın hiss etdiyi ağrı və acılara üzülürəm. Dağlıq Qarabağ regionunun tezliklə əvvəlki vəziyyətə, yəni Azərbaycanın tərkibinə qayıtmasını diləyirəm.

Bu sözləri 1999-2002-ci illərdə Yaponiyanın Azərbaycanda səfiri olmuş Toşiyuki Fucivara deyib. Yaponiyanın da bir sıra ətraf ölkələrlə...

06
Oktyabr

6 Oktyabr

“Xəbər Saatı”: Mərmi düşən zaman yaralanan 10 aylıq körpənin son durumu (Report)

“Xəbər Saatı”nın oktyabrın 6-na olan xüsusi buraxılışı

06
Oktyabr

6 Oktyabr

27 illik həsrətə son - cəbrayıllılar evlərinə qayıdırlar (Report)

Ermənistanın təcavüzü nəticəsində Azərbaycan əraziləri 30 ilə yaxındır işğal altında idi. Bu müddət ərzində Azərbaycanın igid oğulları bu yolda şəhid oldular və millətə torpaqlarının nə vaxtsa qaytarılacağı ümidini verdilər.

Belə ki, Azərbaycan Ordusunun iradəsi, gücü və əzmkarlığı sayəsində son on gün ərzində ölkəmizin tarixi əraziləri, ermənilər tərəfindən işğal edilmiş torpaqlar azad edilir. Bu gün Azərbaycan Ordusu tarix yazır, ölkənin ərazi bütövlüyünü təmin etmək üçün...

06
Oktyabr

6 Oktyabr

“Xəbər Saatı”: Düşmənin darmadağın edilməsi əmri verildi (Report)

"Xəbər Saatı”nın oktyabrın 6-na olan xüsusi buraxılışı

06
Oktyabr

6 Oktyabr

Rusiyalı ekspert: "Dinc şəhərləri atəşə tutmaq yolverilməzdir" (Report)

"Azərbaycanın dinc əhalisinin və yaşayış məntəqələrinin Ermənistan tərəfindən atəşə tutulması qəti yolverilməzdir".

Bunu rusiyalı şərqşünas - türkoloq Yuri Mavaşev bildirib.

“Bu, məsələni daha da kəskinləşdirir. Məndə olan məlumata görə, son 48 saat ərzində ikinci dəfədir Mingəçevir su anbarı atəşə tutulub. Bu, xalis təxribat əməlidir. Ermənistan tərəfindən orta mənzilli raketlərin tətbiq olunması təsdiqlənmiş dəqiq məlumatdır. Və bu da qətiyyən yolverilməzdir”, - rusiyalı alim qeyd...

06
Oktyabr

6 Oktyabr

“Xəbər Saatı”: Cəbrayıl-Füzuli istiqamətində hərbi üstünlüyümüz davam edir

“Xəbər Saatı”nın oktyabrın 6-na olan xüsusi buraxılışı

06
Oktyabr

6 Oktyabr

Ermənilər Ağdama yenidən mərmi atdı, mağaza, kafe və çayxanaya ziyan dəydi (Report)

Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Ağdam rayonunun ətraf kəndlərini artilleriya atəşinə tutmaqda davam edir.

Düşmən yenə də dinc sakinləri hədəf almaq məqsədilə kəndləri atəşə tutur. Ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri Ağdam rayonunun ərazisindəki mağazalardan birinin qarşısına düşüb.

Ağdam sakininə məxsus mağaza, onun yaxınlığında olan kafe, çayxana və ət dükanına ziyan dəyib. Xoşbəxtlikdən...

06
Oktyabr

6 Oktyabr

Ekspert: “Azərbaycanın dinc şəhərlərini atəşə tutanlar Haaqa Məhkəməsində mühakimə olunmalıdır” (Report)

“Beynəlxalq hüquq normaları baxımından şəhərlərə raket zərbələri endirmək müvafiq beynəlxalq konvensiyaların pozulması və ağır hərbi cinayətdir. Məqsədli şəkildə belə əmr verən insanlar mühakimə olunmaq üçün Haaqa Beynəlxalq Tribunalına çıxıraılmalıdır, çünki bu insanlığa qarşı cinayətdir. Bunun bəraəti yoxdur”.

Bunu hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Təcrübədə onların cəzalandırılması Azərbaycan qoşunlarının öz ərazilərində nəzarəti tam bərpa etməsi təqdirində...

06
Oktyabr

6 Oktyabr

Tomas Qolts: Ermənistan çalışır ki, Dağlıq Qarabağ münaqişəsinə xaricdən müdaxilə olsun (Trend)

Azərbaycanın mülki əhalisinə və infrastrukturuna hücum etməklə, çarəsiz Ermənistan Azərbaycanı cavab tədbirlərinə vadar etməyə və bununla da xaricdən, məsələn Rusiyadan müdaxilənin baş verməsinə çalışır.

Bunu amerikalı jurnalist, ADA Universitetinin fəxri doktoru Tomas Qolts deyib.

O ümidvar olduğunu bildirib ki, Azərbaycan bu təxribata uymayacaq və işğal olunmuş ərazilərinin azad edilməsi üçün uğurlu hərbi əməliyyatları davam etdirəcək.

06
Oktyabr

6 Oktyabr

İsrailli ekspert: Ermənistan Azərbaycanın şəhərlərini atəşə tutaraq yerli əhalini qorxutmaq istəyir (Trend)

Ermənistan qoşunlarının Azərbaycanın şəhərlərini atəşə tutması bir məqsəd daşıyır, yerli əhalini qorxutmaq və onları hökumətə müharibəni tezliklə qurtarması üçün təzyiqə vadar etmək.

Bunu israilli ekspert Mixail Finkel deyib.

Ekspert bildirib ki, bu, onların yeganə hədəfidir:

“Erməni qoşunlarının dinc sakinləri atəşə tutması Cenevrə konvensiyasının və beynəlxalq humanitar hüququn pozulması deməkdir. Təəssüf ki, biz Ermənistanın əməllərini pisləyən uca səsləri eşitmirik....

06
Oktyabr

6 Oktyabr

Cəbrayıldan olan köçkün: Oraya bu saat ayaqyalın gedərəm (Trend)

“Dövlətimizdən də, Prezidentimizdən də çox razıyam. Cəbrayıl rayonunun bir çox kəndləri və Cəbrayıl şəhəri işğaldan azad edildikdən sonra sevinc göz yaşlarından gecə səhərə qədər yatmamışam”.

Bunu Cəbrayıldan olan məcburi köçkün Musa Ağakişiyev doğulub boya-başa çatdığı Cəbrayıl rayonunun bir çox kəndləri və Cəbrayıl şəhəri işğaldan azad edildikdən sonra öz təəssüratlarını "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəyə bildirərkən söyləyib.

O, işğal...

06
Oktyabr

6 Oktyabr

İranlı ekspert: Azərbaycanın mövqeyi haqlı mövqedir (Trend)

Hazırkı şəraitdə Dağlıq Qarabağ və ətraf rayonların azad olunması ilə bağlı Azərbaycan haqlı mövqeyini nümayiş etdirir.

Bunu iranlı siyasi ekspert İlyas Vahedi deyib.

İ.Vahedinin sözlərinə görə, şübhəsiz islam dünyası Azərbaycanın bu haqq mövqeyinə yüksək dəyər verəcək.

Vahedi əlavə edib ki, baxmayaraq ki, bəzi ölkələr siyasi mülahizələrdən asılı olaraq tərəfsiz mövqe sərgiləyir, amma bu, Azərbaycanın haqqıdır və işğal olunan torpaqlar azad edilməlidir.

İranlı ekspert bildirib...

06
Oktyabr

6 Oktyabr

“Ermənistan tərəfi anlayır ki, müharibəni uduzur” - ABŞ-ın sabiq səfiri (AzVision)

Ermənistanın Azərbaycanın Gəncə, Mingəçevir, Abşeron, eləcə də digər şəhər və regionlarına hücumları beynəlxalq cinayətdir.

Bunu ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.

“Ermənistanın addımına beynəlxalq ictimaiyyətin reaksiyası necə olacaq, mən artıq bilmirəm. Amma hesab edirəm ki, bu, münaqişənin ciddi bir mərhələsidir. Artıq Ermənistan tərəfi anlayır ki, müharibəni uduzur. Ermənistan dinc əhalini ona görə atəşə...