Yerli media
Amerikalı hərbi ekspert: Ermənistan tərəfindən Xızı, Abşeron, Mingəçevir və Gəncənin atəşə tutulması Azərbaycanın ruh yüksəkliyini qırmaq üçün uğursuz cəhd idi (Trend)
Ermənistan tərəfindən Xızı, Abşeron, Mingəçevir və Gəncənin atəşə tutulması Azərbaycanın ruh yüksəkliyini qırmaq üçün uğursuz cəhd idi.
Bunu amerikalı hərbi ekspert Bencamin Minik deyib.
O, Ermənistanın bu cür əməlindən sarsıldığını bildirib:
“Heç bir günahı olmayan insanlara, qadın və uşaqlara, infrastruktur obyektlərinə yönəlmiş bu hücumlar məni sarsıdıb. Ermənistan münaqişə zonasını yaxşı tanıyır. Onlar sərhədləri bilir. Bu, Azərbaycanın ruh yüksəkliyini qırmaq üçün uğursuz cəhd idi”.
Ekspert bildirib ki, bu, onların döyüşlərdəki itkilərinə cavab olaraq keçirilmiş hücumlar ola bilər.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.