05
Oktyabr

5 Oktyabr

Yerli media

Gəncədə mərmilərin düşdüyü ərazilərdən görüntülər (Report)

Cəbhə xəttindəki Azərbaycan Ordusunun sarsıdıcı zərbələrinə tab gətirməyən erməni əsgərləri silah-sursat, hərbi texnika və maşınlarını döyüş meydanında qoyaraq qaçır. Döyüş meydanında uduzduğunu anlayan erməni hərbçiləri mülki əhalini hədəf alıb.

Səhər saatlarında Ermənistan hərbçiləri Gəncə şəhərinə bir neçə mərmi atıb.

Gəncədə mərmilərin düşdüyü ərazilərin ən son görüntülərini təqdim edirik.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.