06
Oktyabr

6 Oktyabr

Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyinin müşaviri Mahir Cəfərov bu ölkənin RTCG 1 dövlət telekanalında “Sabahınız xeyir, Monteneqro” adlı proqramın canlı yayımında iştirak edərək, Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı müsahibə verib.

Müsahibədə münaqişənin tarixi və Azərbaycan ərazisinin təqribən 20 faizinin 30 ildən artıqdır ki, Ermənistanın işğalı altında qalması, Ermənistanın yeni rəhbərliyinin təhrikedici bəyanatları və fəaliyyəti, bölgədə yaranmış yeni gərginliyin səbəbləri, Azərbaycan tərəfinin dünya ictimaiyyətindən gözləntiləri və yaranmış vəziyyətdən çıxışı...

06
Oktyabr

6 Oktyabr

Özbəkistanın kun.uz, daryo.uz, tnews.uz və interfax.uz portalları Ermənistanın hərbi təxribatları və Azərbaycanın əks-hücumları ilə əlaqədar özbək və rus dillərində məqalələr yerləşdirib.

Kun.uz portalı “İlham Əliyev müharibənin dayandırılması şərtlərini elan edib” sərlövhəli məqaləsində Azərbaycan Prezidentinin “Əl-Ərəbiyə” telekanalına müsahibəsindən sitatlar verib.

Tnews.uz portalı Azərbaycanın əks-hücumları ilə bağlı Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın fikirlərinə yer ayırıb.

İnterfax.uz portalı Ermənistan silahlı...

06
Oktyabr

6 Oktyabr

Tacikistanın avesta.tj portalı Azərbaycan ərazilərinin Ermənistanın işğaldan azad olunması ilə bağlı rus dilində məqalə dərc edib.

“Azərbaycan Ordusu zəbt olunan əraziləri uğurla işğaldan azad edir” sərlövhəli məqalədə sentyabrın 27-si səhər saatlarından başlayaraq Ermənistanın təxribatları, Azərbaycan ordusunun əks-hücumu haqqında məlumat verilir. Həmçinin bir sıra ərazilərin işğaldan azad edildiyi bildirilir.

Vurğulanır ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəni, həmçinin Tərtər və Mingəçeviri atəşə tutublar. Hətta Xızı...

06
Oktyabr

6 Oktyabr

Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfirliyinin inzibati binasında “Petra” Dövlət İnformasiya Agentliyinin, eləcə də “ər-Ray” və “əl-Ğad” hökumət qəzetlərinin və digər xəbər resurslarının jurnalistlərinin, “əl-Məmləkə” və “əl-Həqiqə əd-Douliyyə” televiziya kanallarının nümayəndələrinin, o cümlədən www.orobanews.com xəbər portalının baş redaktoru Sultan əl-Həttab və yazıçı-publisist Ömər əl-Armutinin iştirakı ilə mətbuat konfransı keçirilib. Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Bu barədə Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib....

06
Oktyabr

6 Oktyabr

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bir qrup fransız jurnalistlə görüşüb.

Görüşdə səfir son günlər Ermənistanın törətdiyi hərbi təxribatlar barədə məlumat verib, jurnalistlərin suallarını cavablandırıb.

Bildirilib ki, Türkiyə ölkəmizə yalnız mənəvi və siyasi dəstək verir. Türkiyə Azərbaycana dəstəyini ifadə edərkən beynəlxalq hüquq çərçivəsindən kənara çıxmır.

Azərbaycan-Fransa münasibətlərinə toxunan R.Mustafayev ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğuna baxmayaraq, Fransanın Azərbaycan tərəfindən Dağlıq Qarabağda muzdluların olması ilə bağlı əsassız iddialarına...

06
Oktyabr

6 Oktyabr

Türkiyə Xəbər Agentliyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri, politoloq Mehman İsmayılovun “Azərbaycan terrorizmə qarşı mübarizə səylərini davam etdirir” adlı məqaləsini yayıb.

Məqalədə bildirilir ki, bu gün Azərbaycan terrorçuluğa qarşı beynəlxalq mübarizə sahəsində qlobal səylərə fəal töhfə verməyə davam etməkdədir. ABŞ-da törədilmiş 11 sentyabr 2001-ci il terror hadisələrindən sonra Azərbaycan terrorçuluğa qarşı beynəlxalq koalisiyanın fəal üzvlərindən birinə çevrilmişdir. Bu istiqamətdə beynəlxalq çağırışlara cavab olaraq...

06
Oktyabr

6 Oktyabr

Misirdə Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun bu ölkənin nüfuzlu “Almasryalyoum” nəşrində dərc edilmiş bəyanatında bəzi KİV-lərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin mübahisəli ərazi kimi təqdim edilməsinə münasibət bildirilib.

Diaspor sədri Dağlıq Qarabağın mübahisəli ərazi deyil, bütün dünya tərəfindən hüquqi müstəvidə tanınan əzəli və əbədi Azərbaycan torpağı olduğunu bəyan edib. O, ərəb KİV-lərini, o cümlədən misirli jurnalistləri öz yazılarında bu mühüm detala diqqət yetirməyə çağırıb.

Diaspor sədri vurğulayıb...

06
Oktyabr

6 Oktyabr

İndoneziyanın nüfuzlu “kompasiana.com” saytında tanınmış jurnalist Veeramalla Anjaiahın “İndoneziya Ermənistan qoşunlarının Dağlıq Qarabağdan çıxarılmasını istəyir” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə müsəlmanlarla yanaşı, digər dinlərin nümayəndələrinin birgə yaşadığı Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağdakı müharibənin ikinci həftəsində hərbçilər və mülki şəxslər arasında itkilərin qeyd olunub. Beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan Dağlıq Qarabağ regionunun illərdir Ermənistan ordusu tərəfindən qeyri-qanuni işğal altında saxlanıldığı vurğulanıb. Ermənistanın Azərbaycanın bir sıra şəhər və...

06
Oktyabr

6 Oktyabr

Artıq 9-cu gündür ki, cəbhədə vəziyyət gərgindir. Sentyabrın 27-də Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqelər erməni silahlı qüvvələri tərəfindən şiddətli artilleriya atəşinə məruz qalıb.

Bu barədə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov “noi.md”, “timpul.md” saytlarında deyib.

Səfir qeyd edib ki, artıq neçə gündür Azərbaycanın böyük şəhərlərindən biri, qoşunların təmas xəttindən uzaqda yerləşən Gəncə şəhəri erməni silahlı qüvvələri tərəfindən atəşə tutulur. Hazırda düşmən...

06
Oktyabr

6 Oktyabr

Nex24.news” alman nəşrində müəllifləri Mattias Volf və Asif Məsimov olan “Almaniyada yaşayan azərbaycanlılar alman mətbuatının qərəzli mövqeyini tənqid edirlər” sərlövhəli məqalə dərc edilib

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, bu münaqişə nəticəsində Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonunun işğalından söhbət açılır. Məqalədə, həmçinin regiondakı humanitar fəlakət mövzusuna da toxunulur.

Müəlliflər qeyd edirlər ki, Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli ölkədir, burada müxtəlif millətlərin və...

06
Oktyabr

6 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın “GEO TV” kanalına müsahibə verib.

Prezidentin köməkçisi müsahibəsində Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları, mülki insanlarımızın, obyektlərimizin artilleriya və raket atəşinə məruz qalması, Azərbaycan dövlətinin özünün suveren ərazisini müdafiə etməsi barədə danışıb.

Qardaş Pakistan xalqına ən xoş arzularını çatdıran Hikmət Hacıyev 1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan münaqişəsinin başladığı vaxtda Pakistan İslam Respublikasının Azərbaycanı dəstəklədiyini bildirib....

06
Oktyabr

6 Oktyabr

İspaniyanın ən qədim nəşrlərindən olan “Lavanguardia” qəzetində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi “Azərbaycan Ermənistana xəbərdarlıq edir, yalnız işğala son qoyulanda sülh bərqərar sülh olacaq” başlığı altında dərc edilib.

Nazirin sözlərinə görə, Dağlıq Qarabağda möhkəm sülh yalnız o vaxt bərqərar ola bilər ki, ermənilər Azərbaycan ərazilərini işğal etməkdən əl çəksinlər. Nazir deyib: “Ermənistan bu reallığı nə qədər tez anlasa, münaqişə...

06
Oktyabr

6 Oktyabr

Azərbaycanın Qazaxıstandakı səfirliyində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti, cəbhədə baş verən son hadisələr, ölkəmizin mülki vətəndaşlarının qətlə yetirilməsi, ərazilərimizin Ermənistan tərəfindən raketlərlə vurulmasına dair yerli KİV nümayəndələri üçün brifinq keçirilib.

Brifinqdə ölkənin 40-dan çox müxtəlif televiziya kanalı və informasiya agentliyinin rəhbər şəxsləri və ya nümayəndələri, politoloq və ekspertlər iştirak ediblər.

Brifinqin əsas məqsədi Qazaxıstanın informasiya məkanında digər dövlətlərin təsiri altında yayılan təhrif olunmuş, dezinformasiya xarakterli məlumatların qarşısını...

06
Oktyabr

6 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Sky News Arabia” televiziya kanalına müsahibə verib.

Prezidentin köməkçisi müsahibəsində Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətindən bəhs edib.

Aparıcının Ermənistanın dövlət başçısının Azərbaycanı ittiham etməsi ilə bağlı sualına cavabında Hikmət Hacıyev deyib ki, onun ittihamları əsassızdır. Ermənistanın rəhbəri ölkəsinin məsuliyyətindən, Azərbaycan torpaqlarının işğalından danışmır. Ermənistan Dağlıq Qarabağı işğal edib və 30 ildir bu regionu işğalı altında...

06
Oktyabr

6 Oktyabr

Qətərin ingilis dilində çap olunan nüfuzlu “The Peninsula” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Rəşad İsmayılovun geniş müsahibəsi dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, müsahibədə səfir Dağlıq Qarabağın tarixinə, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və hüquqi aspektlərinə geniş toxunub. Dağlıq Qarabağın əsrlərboyu, o cümlədən AXC və Azərbaycan SSR dövründə ölkəmizin tərkib hissəsi olduğunu bildirən səfir qeyd edib ki, ötən əsrin 80-ci...

06
Oktyabr

6 Oktyabr

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Ermənistanın hərbi təxribatları ilə əlaqədar “Ukraina-24” telekanalına müsahibə verib.

Birinci vitse-prezidentin köməkçisi müsahibəsində Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları və dövlətimizin öz suveren ərazisini müdafiə etməsi, Ermənistan ərazisindən şəhərlərimizin raket hücumlarına məruz qalması barədə danışıb.

Elçin Əmirbəyov bildirib ki, Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri, işğalçılıq siyasəti davam edir. Təcavüzkar ölkə Azərbaycan torpaqlarını işğal altında saxlamaqla status-kvonu qorumağa çalışır.

“Azərbaycanın ikinci şəhəri olan Gəncə...

06
Oktyabr

6 Oktyabr

Cenevrədə 1879-cu ildən nəşr olunan nüfuzlu “Tribune de Genève” mətbu orqanında Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqovla müsahibə dərc olunub.

“Terroristlərdən istifadə edən tərəf Ermənistan hökumətidir” sərlövhəli məqalədə səfir Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ən yeni hərbi təxribatla bağlı suallara cavab verib.

Məqalənin girişində V.Sadıqov sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı başladığı təcavüz və onun mülki əhali üçün nəticələri...

06
Oktyabr

6 Oktyabr

Türkiyə ölkəmizə yalnız mənəvi və siyasi dəstək verir. Türkiyə ölkəmizə dəstək səsləndirərkən beynəlxalq hüquq çərçivəsindən kənara çıxmır. Türkiyədən başqa ölkələr, Asiya ölkələrindən, eləcə də Avropa İttifaqına üzv ölkələrdən bir çoxu Azərbaycanı dəstəklədiklərini bildirib. Burada hər hansı bir qəbahət yoxdur. Azərbaycanda muzdlu yoxdur, heç Azərbaycanın muzdlulara ehtiyacı da yoxdur. On milyon əhalisi olan Azərbaycan torpaqlarının azadlığı uğrunda mübarizə aparır”.

Bu fikirləri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bir qrup fransız jurnalistlə...

06
Oktyabr

6 Oktyabr

CNN Chile” televiziya kanalında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən danışılıb.

Azərbaycanın Çilidəki səfirliyindən bildirilib ki, Rəşad Aslanov müsahibəsində 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atdığını deyib və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək...

06
Oktyabr

6 Oktyabr

İspaniyanın qocaman nəşrlərindən biri olan “Lavanguardia” qəzetində “Müharibə Azərbaycanın cəbhə xəttindən kənarda yaşayan dinc sakinlərinə zərbə vurur” sərlövhəli məqalə dərc edilib.

məqalədə Azərbaycanın cəbhəyanı rayonlarında yaşayan, erməni silahlı qüvvələrinin atəşi altında olan sakinlərin başına gələn hadisələrdən bəhs edilir.

Məqalədə qeyd olunur ki, Dağlıq Qarabağda müharibə öz coğrafi hüdudlarından kənara çıxıb, bu müharibə Azərbaycanın yaşından və sosial statusundan asılı olmayaraq mülki əhalisinə amansız zərbələr vurub.

İspan nəşri yazır:...