06
Oktyabr

6 Oktyabr

Xarici media

Nex24.news” alman nəşrində müəllifləri Mattias Volf və Asif Məsimov olan “Almaniyada yaşayan azərbaycanlılar alman mətbuatının qərəzli mövqeyini tənqid edirlər” sərlövhəli məqalə dərc edilib

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, bu münaqişə nəticəsində Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonunun işğalından söhbət açılır. Məqalədə, həmçinin regiondakı humanitar fəlakət mövzusuna da toxunulur.

Müəlliflər qeyd edirlər ki, Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli ölkədir, burada müxtəlif millətlərin və konfessiyaların nümayəndələri birgə yaşayır. Məqalədə qondarma “Dağlıq Qarabağ Respublikası”nın nümayəndəsi Artur Tovmasyanın Azərbaycandakı milli azlıqları “Ermənistana qarşı vuruşmamağa” səsləyən gülünc müraciətindən danışılır. Müəlliflər Almaniyada yaşayan azərbaycanlılar arasında sorğu keçiriblər. Rəyi soruşulanlar arasında Azərbaycanda yaşayan müxtəlif etnosların nümayəndələri olub. Bütün respondentlər ordumuza mənəvi dəstəklərini və xilaskar silahlı qüvvələrimizin işğal edilmiş ərazilərdə apardığı əməliyyatları bəyəndiklərini ifadə ediblər. Rəyi soruşulanlardan biri – Almaniyadakı dağ yəhudiləri icmasının rəhbəri Avi Şefatya Almaniya KİV-lərini münaqişəyə dair faktların təhrif olunmasına və bu münaqişəyə dini çalarlar verilməsinə görə tənqid edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.