Xarici media
Tacikistanın avesta.tj portalı Azərbaycan ərazilərinin Ermənistanın işğaldan azad olunması ilə bağlı rus dilində məqalə dərc edib.
“Azərbaycan Ordusu zəbt olunan əraziləri uğurla işğaldan azad edir” sərlövhəli məqalədə sentyabrın 27-si səhər saatlarından başlayaraq Ermənistanın təxribatları, Azərbaycan ordusunun əks-hücumu haqqında məlumat verilir. Həmçinin bir sıra ərazilərin işğaldan azad edildiyi bildirilir.
Vurğulanır ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəni, həmçinin Tərtər və Mingəçeviri atəşə tutublar. Hətta Xızı və Abşeron bölgəsinə iki raket atılıb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.