06
Oktyabr

6 Oktyabr

Xarici media

Özbəkistanın kun.uz, daryo.uz, tnews.uz və interfax.uz portalları Ermənistanın hərbi təxribatları və Azərbaycanın əks-hücumları ilə əlaqədar özbək və rus dillərində məqalələr yerləşdirib.

Kun.uz portalı “İlham Əliyev müharibənin dayandırılması şərtlərini elan edib” sərlövhəli məqaləsində Azərbaycan Prezidentinin “Əl-Ərəbiyə” telekanalına müsahibəsindən sitatlar verib.

Tnews.uz portalı Azərbaycanın əks-hücumları ilə bağlı Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın fikirlərinə yer ayırıb.

İnterfax.uz portalı Ermənistan silahlı qüvvələrinin Gəncə, Tərtər, Goranboy və Mingəçevirin yaşayış məntəqələrini atəşə tutması haqqında yazıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.