28
Sentyabr

28 Sentyabr

Ermənistanın dinc əhaliyə xain hücumları tərtərliləri qorxutmur (Azərtac)

Ön xətdə Azərbaycan Ordusunun əks-hücumu qarşısında tab gətirməyən düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanların evlərini artilleriya atəşinə tutmaqda davam edir. Cəbhə bölgəsində yerləşən digər rayonlarda olduğu kimi, Tərtərdə də yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində mülki şəxslərdən ölən və yaralananlar var, evlərə və infrastruktura ciddi ziyan dəyib.

Tərtər şəhər sakini 84 yaşlı Aşur Muradov düşmən təxribatlarına...

28
Sentyabr

28 Sentyabr

Ermənistan faşizminin eybəcər sifəti: düşmən mülki şəxsləri hədəfə almaqda davam edir (Azərtac)

Sentyabrın 28-də səhər saat 7 radələrindən başlayaraq düşmən qüvvələri tərəfindən Tərtər rayonunun mərkəzi, o cümlədən əhalinin sıx yaşadığı kəndlər ağır artilleriyadan intensiv atəşə tutulub.

Tərtər şəhərinin artileriyadan atəşə tutulması nəticəsində şəhər sakini Mehman Əliyev həlak olub. Həmçinin şəhər sakini Tural İbrahimov və təcili tibbi yardım maşınının sürücüsü Qənbər Əsədov yaralanıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Düşmən Tərtər rayonunda polis...

28
Sentyabr

28 Sentyabr

Bolqarıstanın sabiq prezidenti: Ermənistanın Azərbaycana hücumu təxribatdır (Trend)

Ermənistanın Azərbaycana hücumu təxribatdır.

Bunu Bolqarıstanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Rosen Plevneliyev deyib.

O, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində hərbi əməliyyatların bərpa olunmasından narahatlığını bildirib:

“Mən Ermənistanın Azərbaycana hücumunu pisləyirəm, bu, təxribatdır. Mən tərəfləri Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun, ərazi bütövlüyünün və dövlət sərhədlərinin toxunulmazlığı əsasında tənzimlənməsinə qayıtmağa çağırıram”.

28
Sentyabr

28 Sentyabr

Abdurrahman Uzun: Ermənistanın silahlı ünsürləri tərəfindən həyata keçirilən hücumu qətiyyətlə pisləyirik (Trend)

İşğalçı terror dövləti olan Ermənistanın silahlı ünsürləri tərəfindən həyata keçirilən hücumu qətiyyətlə pisləyirik.

Bunu MUSİAD Azərbaycanın Prezidenti Əbdürrəhman Uzun deyib. Onun sözlərinə görə, Ermənistan hökuməti gərginliyi artırmaq və ədalətsiz hədəflərinə çatmaq üçün xüsusilə son dövrlərdə təcavüzkar siyasətini davam etdirdi:

"Beynəlxalq ictimaiyyətin ikili standartları ilə daha da sərhədsizləşən Ermənistanın bu təcavüzkar münasibəti bölgəmizdəki sülh və sabitliyə ən böyük...

28
Sentyabr

28 Sentyabr

Ukraynalı deputat: Sanksiyalar Ermənistanı Azərbaycanın oğurlanmış torpaqlarını qaytarmağa vadar edə bilər (Trend)

Bəzi ölkələrin liderləri özlərini “böyük imperator” və “torpaq toplayıcısı” zənn edir.

Bunu ukraynalı deputat Vladimir Kreydenko deyib.

O vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin qəbul olunmasından təxminən 30 il keçib, amma bu sənədlər icra olunmur:

“Münaqişənin eskalasiyası və Azərbaycan ərazilərinin işğalı davam edir. Yaranmış vəziyyətdə Ukrayna Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü tam...

28
Sentyabr

28 Sentyabr

Piter Teys: Dialoqun vaxtı bitib, Ermənistan beynəlxalq mühakiməyə layiqdir (Trend)

Dialoqun vaxtı bitib, Ermənistan beynəlxalq mühakiməyə layiqdir.

Bunu amerikalı ekspert Piter Teys deyib.

O bildirib ki, Ermənistan qoşunlarının Azərbaycanın dinc əhalisinə qarşı irimiqyaslı hərbi əməliyyatları beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir:

“Ermənistanın bu cür əməlləri fonunda beynəlxalq ictimaiyyət, xüsusilə də Avropa dövlətləri və ATƏT Minsk qrupunun həmsədrləri susqunluğunu saxlayır, bu isə daha çox çaşqınlıq yaradır”.

Ekspert qeyd edib ki, Ermənistanın törətdiyi...

28
Sentyabr

28 Sentyabr

Türkiyəli ekspert: Ermənistan qoşunlarının Azərbaycanın dinc sakinlərinə hücumu beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır (Trend)

Ermənistan qoşunlarının Azərbaycanın yaşayış məntəqələrinə və dinc sakinlərinə hücumu beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Bunu türkiyəli ekspert, professor Naciye Selin Şenocak deyib.

O bildirib ki, ATƏT Minsk qrupu Ermənistanın bu hərbi təcavüzünə görə birbaşa məsuliyyət daşıyır:

“ATƏT Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda vasitəçiliyində və sülhün təmin olunması prosesində uğursuzluğa düçar olub. Bu...

28
Sentyabr

28 Sentyabr

Ukraynalı ekspert: "Azərbaycanın öz torpaqlarını azad etməsi regionda qüvvələr nisbətini xeyli dəyişə bilər" (Report)

"Azərbaycanın öz torpaqlarını azad etməsi regionda qüvvələr nisbətini xeyli dəyişə bilər".

Bunu Ukraynanın “Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin departament rəhbəri, politoloq Qleb Parfenov bildirib.

“Vəziyyət çox sürətlə dəyişir. Azərbaycan Ordusunun hələ nə qədər yaşayış məntəqələri azad edə biləcəyini indi soyləmək tezdir. Lakin aydındır ki, bu hücum əməliyyatı 2016-cı ildəkindən daha səmərəli oldu. Dünya birliyindən gələn şərhlərə gəlincə, bunlar...

28
Sentyabr

28 Sentyabr

İraqlı deputat: "Azərbaycanın yanındayıq, xoş xəbərlər gözləyirik" (Report)

“Biz İraq türkmənləri olaraq azərbaycanlı qardaşlarımızın haqlı davasını dəstəkləyirik”.

Bunu Ərbil şəhərindən İraq Türkmən Cəbhəsini (ITC) ölkə parlamentində təmsil edən millət vəkili Aydın Maruf deyib.

Onun sözlərinə görə, Ermənistan artıq 30 ildir Azərbaycanın sülh çağırışlarına məhəl qoymadan dünyanın gözü qarşısında cinayət işləməyə davam edir: "Bu illər ərzində Ermənistan işğalçılıq siyasətindən bir addım belə geri addım atmadı. Onların sərhəd bölgəsində mülkü əhaliyə qarşı törətdikləri cinayət insanlığa və beynəlxalq...

28
Sentyabr

28 Sentyabr

Fransalı professor Ermənistanın Azərbaycana qarşı müharibə aparmasını pisləyib (Report)

“Ermənistan beynəlxalq hüquq və beynəlxalq ictimaiyyətin əleyhinə gedərək Azərbaycanla müharibə aparır“.

Bunu Paris-Sen Universitetinin siyasi elmlər və kommunikasiya üzrə professoru Frederik Treffel deyib.

O, Ermənistanın işğal etdiyi torpaqlarda Azərbaycana qarşı apardığı müharibə siyasətini qəti pisləyib: “Ermənistan təcavüzkar siyasətindən əl çəkərək müharibə aparmaq siyasətinə başlayıb. Ermənistan beynəlxalq hüquq və beynəlxalq ictimaiyyətin əleyhinə gedərək Azərbaycan ilə müharibəyə girib. O, regionun aparıcı aktyorlarının təmsil olunduğu Minsk qrupu...

28
Sentyabr

28 Sentyabr

Rusiyalı ekspert: "Ermənistan torpaqları qeyd-şərtsiz qaytarmalıdır" (Report)

“Azərbaycan tərəfindən Ermənistana qarşı hər hansı təcavüz yoxdur. Əksinə, Azərbaycan uzun illərdir torpaqlarını işğal altında saxlayan Ermənistanın təczvüzkarlığına cavab verir. Bu, Azərbaycanın öz torpaqlarını azad etmək üçün haqlı mübarizəsidir”.

Bu fikirləri rusiyalı politoloq Aleksandr Perenciyev deyib.

“Ermənistanın qeyd-şərtsiz qaytarmalı olduğu torpaqları Azərbaycan indi qaytarmağa çalışır. Mənəvi cəhətdən haqlı tərəf Azərbaycandır”, – ekspert bildirib.

Onun fikrincə, Ermənistan baş naziri Nikol Paşinyan mütəmadi olaraq “Azərbaycan öz ərazilərini hərb yolu...

28
Sentyabr

28 Sentyabr

Rusiyalı deputat: “Ermənistan danışıqların pozulmasına səbəb oldu” (Report)

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin danışıqlar, sülh yolu vasitəsilə həll olunması mövqeyində olub və bu mövqedə qalmaqdadır. Ancaq danışıqlara hər iki tərəf meylli olmalıdır”.

Bunu Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası qrupunun rəhbəri Dmitri Savelyev deyib.

“Lakin son vaxtlarda Ermənistanın rəsmi hakimiyyətinin yalnız bir məsələyə - sülh danışıqları prosesini pozmağa və münaqişənin eskalyasiyasına səbəb ola biləcək hərəkətlərini müşahidə etdik. Nəticə çox gecikmədi, danışıqlar prosesi pozuldu. Dağlıq Qarabağla sərhəddə genişmiqyaslı...

28
Sentyabr

28 Sentyabr

Ukraynalı ekspert: “Hadisələr yalnız Azərbaycan üçün əlamətdar olmadı” (Report)

“Dünən yalnız Azərbaycan üçün əlamətdar gün olmadı. Əgər Azərbaycan Silahlı Qüvvələri böyük ərazilər üzərində nəzarəti ələ keçirməyi bacararsa, postsovet məkanında işğal olunmuş torpaqları geri qaytarmağın ilk nümunəsi barədə əminliklə danışmaq olacaq və bu, Kiyevlə Tbilisi üçün müəyyən siqnal olacaq”.

Bunu ukraynalı politoloq, “Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Yaroslav Bojko deyib.

Ekspert qeyd edib ki, münaqişənin başlamasından 30 il sonra Azərbaycan torpaqlarının bir...

28
Sentyabr

28 Sentyabr

Türkiyəli jurnalist: "Azərbaycanın qələbəsi yaxındır" (Report)

“Ermənilərin Azərbaycana qarşı təxribat törədərək alovlandırdığı vəziyyəti "müharibə başladı" deyə təqdim etməməliyik”.

Bunu Türkiyənin “24 TV” telekanalının aparıcısı, “Star” qəzetinin köşə yazarı, Dağlıq Qarabağ münaqişəsinin başladığı illərdə Azərbaycana gedən ilk türk jurnalist Ardan Zentürk deyib.

“Baxıram ki, bir çox xəbər saytları “Ermənistan-Azərbaycan arasında müharibə başladı” yazırlar. Bütün dünya mediasına səslənirəm ki, baş verənlərin tarixi xronologiyasını dəqiq araşdırsınlar. Bu, yeni başlayan bir müharibə deyil. Əslində, biz Cənubi...

28
Sentyabr

28 Sentyabr

“İllərdir qələbə xəbərini gözləyirdik” - Rasim Balayev (AzVision)

“Arzu edirəm ki, Qarabağın geri alınmasını görüm. İllərdir bu günü, qələbə xəbərini gözləyirdik”.

Bunu Xalq artisti Rasim Balayev cəbhədə gedən son döyüşlərdən danışarkən deyib. Tanınmış aktyor bildirib ki, işğal edilmiş ərazilərimizin geri alınması üçün döyüşlərin başlanması çoxdan gözlənilən idi.

“Qələbə xəbərlərini eşidirik. Sevindiyimdən dünən iki dəfə gözlərim doldu. Nə qədər başı aşağı olmaq olardı. Həmişə deyirdik ki, bizim qoşunumuz, gücümüz var, niyə...