28
Sentyabr

28 Sentyabr

Yerli media

Ukraynalı ekspert: "Azərbaycanın öz torpaqlarını azad etməsi regionda qüvvələr nisbətini xeyli dəyişə bilər" (Report)

"Azərbaycanın öz torpaqlarını azad etməsi regionda qüvvələr nisbətini xeyli dəyişə bilər".

Bunu Ukraynanın “Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin departament rəhbəri, politoloq Qleb Parfenov bildirib.

“Vəziyyət çox sürətlə dəyişir. Azərbaycan Ordusunun hələ nə qədər yaşayış məntəqələri azad edə biləcəyini indi soyləmək tezdir. Lakin aydındır ki, bu hücum əməliyyatı 2016-cı ildəkindən daha səmərəli oldu. Dünya birliyindən gələn şərhlərə gəlincə, bunlar məntiqlidir. Ölkələrin çoxu bu münaqişəni dondurmağın tərəfdarıdır, çünki başqa variantlar tərəflərdən birinə dəstək mənasına gəlir. Bu da nüfuzlu erməni və azərbaycanlı diasporları olan ölkələr üçün mənfi nəticələr doğura bilər”, - ekspert fikrini bildirib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.