28
Sentyabr

28 Sentyabr

Yerli media

Rusiyalı ekspert: "Ermənistan torpaqları qeyd-şərtsiz qaytarmalıdır" (Report)

“Azərbaycan tərəfindən Ermənistana qarşı hər hansı təcavüz yoxdur. Əksinə, Azərbaycan uzun illərdir torpaqlarını işğal altında saxlayan Ermənistanın təczvüzkarlığına cavab verir. Bu, Azərbaycanın öz torpaqlarını azad etmək üçün haqlı mübarizəsidir”.

Bu fikirləri rusiyalı politoloq Aleksandr Perenciyev deyib.

“Ermənistanın qeyd-şərtsiz qaytarmalı olduğu torpaqları Azərbaycan indi qaytarmağa çalışır. Mənəvi cəhətdən haqlı tərəf Azərbaycandır”, – ekspert bildirib.

Onun fikrincə, Ermənistan baş naziri Nikol Paşinyan mütəmadi olaraq “Azərbaycan öz ərazilərini hərb yolu ilə qaytarmaq qərarına gəlsə, hamı əziyyət çəkəcək” fikrini önə çəkərək beynəlxalq birliyə təzyiq göstərməyə çalışır ki, hamı hərbi əməliyyatlara qarşı çıxsın: “Danışıqları sonsuzluğadək uzatmaq Ermənistana sərf edir. Bu danışıqları onlar torpaqları qaytarmaqdan savayı hər şey barədə aparmağa hazırdır”.

Təmas xəttində sentyabrın 27-də baş verən hadisələrə dair Rusiyanı mövqeyini şərh edən politoloq Moskvanın bütün hallarda hərbi əməliyyatlara dəstək verməyəcəyini, münaqişənin dinc yolla həllinə tərəfdar çıxacağını vurğulayıb:

“Fikrimcə, yenə də Rusiya danışıqların zəruriliyi barədə danışmaqdan savayı həm də bu danışıqları irəli aparmaq üçün müvafiq mexanizm yaratsaydı, daha yaxşı olardı. Yəni İlham Əliyev demişkən danışıqlar xatirinə danışıqlar yox, nəticə xatirinə danışıqlar olsun. Təəssüf ki, hələlik Rusiya bu cür mexanizm ortaya qoymayıb”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.