Zəfərin yolu
Sentyabrın 29-da Tərtərin Borsunlu kənd sakini 1958-ci il təvəllüdlü Əfqan Piriyevə məxsus ferma düşmənin hədəfi olub. Ferma mərmi atəşinə tutulub.
Tərtər şəhər sakinləri Qorxmaz Həsənovun, Etibar Pirməmmədovun, Əkbər Kərimovun, Mehman Xəlilovun, Zəkiyyə Abdullayevanın, Elxan Məmmədovun, Arif Fərəcovun, Əskipara kənd sakini Kəmaləddin Qafarovun, Səhləbad kənd sakini Zahid İbrahimovun, Azad Qaraqoyunlu kənd sakini Güləbətin Məmmədovanın həyətlərinə də...
Düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanları artilleriya atəşinə tutmaqda davam edir. Cəbhə bölgəsində yerləşən şəhər və kəndlərdə Ermənistanın müharibə cinayətlərinin saysız hesabsız izləri var. Mülki şəxslər həlak olur, yaralanır, evlər dağıdılır, infrastruktura ciddi ziyan vurulur.
Düşmən sentyabrın 29-u səhər saatlarında Ağdam rayonunun digər cəbhəyanı kəndləri kimi, Qaradağlı, Ayaq Qərvənd və Orta Qərvənd kəndlərini də artilleriya atəşinə tutub. Dinc sakinlərin evlərinə ciddi ziyan dəyib.
Ayaq Qərvənd kəndinin sakini Zakir Əliyev bildirib ki, düşmən Azərbaycan Ordusu ilə döyüşdən çəkinir və buna görə də məqsədli şəkildə dinc sakinləri hədəf alır: “Gördüyünüz bu dağıntılar erməni faşizminə bariz sübutdur....
Sentyabrın 29-u səhər erməni silahlı qüvvələri Tərtər rayonunda 2017-ci ildə açılışı olan 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksini artilleriya atəşinə tutub.
Yaşayış kompleksində olan 34 yaşayış binasından yeddisinə, eləcə də infrastruktura ciddi ziyan dəyib.
Azərbaycan Ordusu düşmənin təxribatına layiqli cavab verir.
Ermənistan dinc sakinləri atəşə tutmaqla müharibə cinayəti törədir, mülki insanlara qarşı terror vasitələrindən istifadə...
Ermənistanın Dağlıq Qarabağ ərazisində istənilən fəaliyyəti beynəlxalq hüquq baxımından qanunsuzdur.
Bunu macarıstanlı təhlükəsizlik mütəxəssisi Piter Dunay deyib.
O vurğulayıb ki, Ermənistan qanunsuz olaraq Azərbaycanın beşdə bir hissəsini işğal edib:
“BMT Təhlükəsizlik Şurasının Azərbaycanın xeyrinə, Ermənistanı öz qoşunlarını işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən qətnamələr qəbul olunsa da, ərazilər işğal edilib. Məhz buna görə də Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ ərazisindəki...
Dünya ictimaiyyəti tərəfindən Dağlıq Qarabağ məsələsinin tənzimlənməməsinin düzgün qiymətləndirilməməsi Ermənistana ciddi fəsadlara gətirib çıxara bilər, erməni geosiyasi məkanı dünyanın siyasi xəritəsindən silinə bilər.
Bunu gürcü ekspert Quram Marxuliya deyib.
O bildirib ki, Azərbaycan on illərlə Ermənistanı və dünya ictimaiyyətini dəfələrlə öz ərazilərini qaytaracağı barədə xəbərdar edib:
“Görünür, həm dünya ictimaiyyəti, həm də Yerevan buna şübhə ilə yanaşırdı. Biz görürük...
Mən Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyirəm, bu, beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud şəkildə pozulması deməkdir.
Bunu İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmeleddin İhsanoğlu deyib.
O, beynəlxalq ictimaiyyəti haqlı tərəfi dəstəkləməyə, bu təcavüzün qurbanları ilə bağlı həmrəylik nümayiş etdirməyə çağırıb:
“Mən yaralıların tezliklə sağalmasını arzu edirəm”.
Heç kimin BMT Təhlükəsizlik Şurasının (TŞ) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrə etinasız yanaşmaq hüququ yoxdur.
Bunu Qırğızıstanın sabiq baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Coomart Otorbayev deyib.
O bildirib ki, beynəlxalq ictimaiyyət 30 il ərzində Azərbaycan ərazilərinin qanunsuz işğalı problemini həll edə bilmir:
“BMT öz nüfuzunu bərpa etmək və Azərbaycan...
“Danışıqlar, ilk növbədə, Ermənistanın təqsiri üzündən pozulduğuna görə müharibənin bərpası labüddür. Ermənistan rəhbərlərinin mövqeyi açıq-aşkar danışıqları pozmağa yönəlmişdi”.
Bu fikirləri Ermənistan-Azərbaycan cəbhəsində hərbi əməliyyatları şərh edən rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov dilə gətirib.
“Qarabağ qrupu hakimiyyətdən uzaqlaşdıqdan sonra hamı yeni rəhbərlərin bu məsələni həll etmək yolu ilə irəli gedəcəyinə ümid edirdi. Lakin seçkilər keçdi, heç bir dəyişiklik də olmadı”, –...
“Azərbaycan 30 ilə yaxındır dünya ictimaiyyətindən Ermənistanın işğal etdiyi ərazilərin sülh yolu ilə azad olunması, milyonlarla insanın öz doğma evlərinə qaytarılmasını xahiş edir. Lakin nədənsə dünya ictimaiyyəti “kar” olub”.
Bunu gürcü tarixçi, Suxum Dövlət Universitetinin professoru Quram Marxuliya deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfi atəşkəsi mütəmadi pozub, təxribata və həyasızlıqlara əl atıb: “Buna görə də Azərbaycan xalqının səbri tükənib. Azərbaycanı ədalətli və azadlıq müharibəsində dəstəkləyirəm”.
“Mövcud vəziyyətdə Azərbaycana irad tutmaq mümkün deyil. Çünki ötən illər ərzində Azərbaycan səbr edərək bu vəziyyəti həll etmək üçün əlindən gələni edib”.
Bu fikirləri rusiyalı şərqşünas və türkoloq Yuriy Mavaşov Azərbaycanla Ermənistan arasında döyüş əməliyyatlarını şərh edərkən deyib.
“Hazırkı vəziyyət adi deyil. Bu, məhdud təxribat yox, həqiqətən, tammiqyaslı müharibədir. Hər iki tərəfin qızğın bəyanatlar verdiyinə görə onlar sonadək getmək əzmindədirlər. Bu, bir...
“87 yaşlı anam zəng edib qohumlarımızı kəndlərin geri alınması münasibəti ilə təbrik edir. Onun bu cür xoşbəxtliyini görmək mənim üçün ən ali hissdir”.
Bunu Xalq artisti Nəzakət Teymurova ordumuzun uğurlu döyüşlərindən danışarkən deyib.
Xanəndə bildirib ki, sevinc gözyaşları ilə cəbhə xəbərlərini izləyir və əsgərlərimiz üçün dualar edir: “Torpaq varlığı heç nə ilə əvəz edilmir. İllər keçir, dərdlər unudulur, amma...