28
Sentyabr

28 Sentyabr

Yerli media

Ukraynalı deputat: Sanksiyalar Ermənistanı Azərbaycanın oğurlanmış torpaqlarını qaytarmağa vadar edə bilər (Trend)

Bəzi ölkələrin liderləri özlərini “böyük imperator” və “torpaq toplayıcısı” zənn edir.

Bunu ukraynalı deputat Vladimir Kreydenko deyib.

O vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin qəbul olunmasından təxminən 30 il keçib, amma bu sənədlər icra olunmur:

“Münaqişənin eskalasiyası və Azərbaycan ərazilərinin işğalı davam edir. Yaranmış vəziyyətdə Ukrayna Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü tam dəstəkləyir”.

Ermənistana qarşı sanksiyaların tətbiqi imkanlarını şərh edərkən deputat bu fikri dəstəklədiyini bildirib:

“Sanksiyaların tətbiq olunması Ermənistanı beynəlxalq hüquqa əməl etməyə və Azərbaycanın oğurlanmış torpaqlarını qaytarmağa vadar edə bilər”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.