28
Sentyabr

28 Sentyabr

Yerli media

Bolqarıstanın sabiq prezidenti: Ermənistanın Azərbaycana hücumu təxribatdır (Trend)

Ermənistanın Azərbaycana hücumu təxribatdır.

Bunu Bolqarıstanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Rosen Plevneliyev deyib.

O, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində hərbi əməliyyatların bərpa olunmasından narahatlığını bildirib:

“Mən Ermənistanın Azərbaycana hücumunu pisləyirəm, bu, təxribatdır. Mən tərəfləri Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun, ərazi bütövlüyünün və dövlət sərhədlərinin toxunulmazlığı əsasında tənzimlənməsinə qayıtmağa çağırıram”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.