Zəfərin yolu
Rəşadətli Azərbaycan Ordusunun qətiyyətli zərbələri nəticəsində sarsılaraq geri çəkilən Ermənistan silahlı qüvvələri dinc əhalini hədəfə almaq taktikasını seçir.
Düşmənin yaşayış məntəqələrimizə ağır artilleriya atəşi nəticəsində Füzuli rayonunun Alxanlı kəndində dağıntılar baş verib.
Kənd sakini Elbrus Babayev bildirib: “Biz sakinlər düşməndən qorxmuruq. Çünki əhali güclü Azərbaycan Ordusuna arxalanır, kəndimizi tərk etməyi düşünmür. Hərbçilərimizə...
Ermənistanın təxribatı nəticəsində sentyabrın 27-dən başlayan döyüşlər zamanı mülki şəxsləri hədəfə alan düşmən Cocuq Mərcanlı kəndində dinc əhalini yenidən atəşə tutub. Kəndin ağır artilleriya atəşinə tutulması nəticəsində onlarla ev dağıntıya məruz qalıb.
Hətta kəndə aviasiya zərbələri də endirilib. Mərmilərdən birinin təsirindən diametri 7 metrə çatan çuxur yaranıb. Ətrafdakı evlər dağıntıya məruz qalıb. Partlayış nəticəsində torpaq...
Ermənistan silahlı qüvvələri Tərtər şəhərini, rayonun qəsəbə və kəndlərini, mülki infrastruktur obyektlərini ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
Oktyabrın 2-də düşmənin artilleriya atəşi nəticəsində Tərtər şəhərində və rayonun digər yaşayış məntəqələrində onlarla ev, ticarət və iaşə obyektləri dağılıb və ya zərər çəkib. Həmçinin infrastruktura, kənd təsərrüfatına ziyan dəyib.
Ermənistanın Azərbaycana qarşı təcavüzündən təkcə soydaşlarımız deyil, yaşı minillərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız, qəbiristanlıqlarımız da zərər görür. İşğal altında olan ərazilərimizdəki tarixi-dini abidələri məhv edən ermənilər dədə-baba torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyirlər.
Cəbhə xəttinə yaxın məsafədə yerləşən yaşayış məntəqələrində vətəndaşlara məxsus evlər, mülki infrastruktur obyektləri ilə yanaşı, qəbiristanlıqlar da ermənilərin artilleriya atəşinə məruz...
Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
Beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozan Ermənistan silahlı qüvvələri digər istiqamətlərdə olduğu kimi, Naftalan şəhərində də mülki əhalini hədəfə alır.
Ötən gün gecə saatlarında düşmənin ağır artilleriya atəşi nəticəsində mərmilərdən biri Naftalan...
Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir.
Düşmən oktyabrın 2-də gecə saatlarından başlayaraq rayonun işğal altında olmayan yaşayış məntəqələrini intensiv atəşə tutub. Rayonun təmas xəttinə yaxın məsafədə yerləşən kəndləri ilə yanaşı, təmas xəttindən uzaqda olan Quzanlı, İmamqulubəyli, Birinci Alıbəyli qəsəbələri,...
Ermənistan silahlı qüvvələrinin bölmələri Goranboy rayonunun yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqda davam edir.
Düşmən rayonun Səfikürd kəndini də atəşə məruz qoyub. Ermənistan ordusunun bölmələrinin atdığı raket və mərmilər bir neçə evə və inzibati binaya ciddi...
Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir. Erməni hərbçilərinin müharibə cinayətləri nəticəsində mülki obyektlərə, dinc əhalinin əmlakına külli miqdarda ziyan vurulur.
Düşmənin növbəti hədəfi məcburi köçkünlər üçün salınmış Ağdamın Birinci Alıbəyli qəsəbəsi olub. Oktyabrın 1-dən 2-nə keçən...
Tanınmış jurnalist Mirşahin Ağayev Azərbaycan ordusunun əks-hücum əməliyyatları keçirdiyi ön xətdə olub.
M.Ağayev səngərdə əsgərlərlə görüşərək onların döyüşlə bağlı təəssüratlarını öyrənib.
Ermənistanın hərəkətləri nəzarət etmək mümkün olmayan çox qeyri-stabil vəziyyətə gətirib çıxarıb.
Bunu Təhlükəsizlik siyasəti və inkişaf institutunun həmtəsisçisi və direktoru Svante Kornell deyib.
O bildirib ki, Ermənistandan hakimiyyət dəyişikliyi, Azərbaycanın gözləntilərinin əksinə, münaqişənin tənzimlənməsini hədəfləyən hökumətin deyil, danışıqlar prosesini ləngitməyə çalışan hökumətin yaranmasına gətirib çıxardı:
“İndiki hakimiyyət Madrid prinsiplərini rədd edərək danışıqlar prosesini kökündən dəyişməyə çalışıb, danışıqların tərkibinin dəyişdirilməsini tələb...
Ermənistan prezidenti Armen Sarkisyanın digər ölkələrdən etnik ermənilərin Dağlıq Qarabağ münaqişəsinə cəlb edilməsi barədə açıqlaması hərbi cinayətdir.
Bunu livanlı vəkil, xarici siyasət və beynəlxalq hüquq üzrə ekspert Tarik Şandib deyib.
O vurğulayıb ki, dünya ictimaiyyəti Dağlıq Qarabağı, eləcə də Ermənistan tərəfindən işğal olunmuş digər əraziləri Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab edir. Vəkil əlavə edib ki, dünya ictimaiyyəti müxtəlif ölkələrdən ermənilərin...
Ermənistan antisemitizm məsələsində nəinki liderlik edir, hətta qeyd-şərtsiz liderdir.
Bunu Azərbaycan-İsrail Dostluq Assosiasiyasının (Azİz) baş direktoru Lev Spivak deyib.
O bildirib ki, ən son sorğulara əsasən, dünyada ən yüksək antisemitizn göstəricisi (60 faiz) Ermənistanda qeydə alınıb. İkinci yerdə qərarlaşan Yunanıstanda isə bu rəqəm 30 faizə bərabər olub.
L.Spivak qeyd edib ki, Azərbaycanda hər zaman on minlərlə, bəlkə də yüz minlərlə yəhudi yaşayıb. Ermənistanda...
Dağlıq Qarabağda döyüş vəziyyəti Ermənistanın baş naziri Nikol Paşinyan üçün çox pis davam edir.
Bunu “Jamestown Foundation”ın prezidenti Qlen Hovard deyib.
O bildirib ki, N.Paşinyan hakimiyyəti danışıqlar masasına oturmağa razılaşmasa bu vəziyyətdən çıxış yolu olmayacaq:
“Hesab edirəm ki, ABŞ-Fransa-Rusiya birgə bəyanatı Moskvanın Ermənistandan narazılığını göstərir. Digər tərəfdən, Türkiyə Azərbaycanı tam dəstəkləyir. Fikrimcə, vəziyyət Paşinyan üçün xoşəgəlməz şəkildə davam edir, ona görə də...
Hər zaman olduğu kimi dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi ilə bağlı ümumi bəyanatlarla kifayətlənib.
Bunu israilli siyasi texnoloq Yuri Boçarov deyib.
O bildirib ki, Azərbaycan haqlı olaraq işğal olunmuş ərazilərini azad etmək və məcburi köçkünlərin problemini həll etmək istəyir:
“Bu, müqəddəs işdir və ölkə rəhbərliyinin öhdəliyidir. Əgər danışıqlar otuz ilə yaxındır ki, dalana dirənibsə, amma problemi...
“Latviyaya dost ölkə olan Azərbaycanın ərazisində döyüş əməliyyatlarının başlamasından çox narahatam. Artıq neçə gündür Azərbaycan hərbçiləri Ermənistan siyasi rəhbərliyinin növbəti hərbi təxribatına cavab olaraq 30 ilə yaxındır işğal olunmuş ərazilərini azad etmək və bununla da BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünü müdafiə hüququnu həyata keçirməklə əcnəbi hərbi qüvvələri öz ərazidən çıxarmaq, öz suveren ərazilərində ölkənin...
Rəsmi Kiyev Dağlıq Qarabağda vəziyyətin daha kəskinləşməsi fonunda Azərbaycana hərbi yardım göstərməyə hazırdır.
Bunu Ukrayna Ali Radasının "Xalqın xidmətçisi" partiyasını təmsil edən deputat Lyudmila Marçenko bildirib.
"Ukrayna bu gün Azərbaycanı müxtəlif arenalarda dəstəkləməyə hazırdır. Bu, gələcəkdə lazım olacaq həm hərbi, humanitar, hər cür dəstəkdir. Bu, hərbi vəziyyətdir", - o deyib.
"Bildiyim qədər, həm hüquqi sahədə, həm də resurs sahəsində yardım edirik, söhbət...
Ordumuzun cəbhədə erməni silahlı qüvvələrinin təxribatlarını fəal və uğurlu şəkildə dəf etməsi milliyyətindən və dinindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşını ilhamlandırdı. Hamı vətəninin ərazi bütövlüyünü qorumağa hazırdır, azərbaycanlılar, ruslar, ləzgilər, tatarlar, avarlar, yəhudilər, talışlar və bir çox başqa xalqların nümayəndələri çiyin-çiyinə düşməni torpaqlarımızdan qovmağa qərarlıdırlar.
Onlardan biri də müxtəlif millətlərdən olan Azərbaycan vətəndaşlarının daxil olduğu beynəlxalq batalyonun tərkibində ölkənin ərazi...