02
Oktyabr

2 Oktyabr

Yerli media

İsrailli siyasi texnoloq: Azərbaycan haqlı olaraq işğal olunmuş ərazilərini azad etmək istəyir (Trend)

Hər zaman olduğu kimi dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi ilə bağlı ümumi bəyanatlarla kifayətlənib.

Bunu israilli siyasi texnoloq Yuri Boçarov deyib.

O bildirib ki, Azərbaycan haqlı olaraq işğal olunmuş ərazilərini azad etmək və məcburi köçkünlərin problemini həll etmək istəyir:

“Bu, müqəddəs işdir və ölkə rəhbərliyinin öhdəliyidir. Əgər danışıqlar otuz ilə yaxındır ki, dalana dirənibsə, amma problemi həll etmək lazımdırsa, deməli onu digər yolla həll etmək, ya da unutmaq lazımdır”.

Y.Boçarov qeyd edib ki, Dağlıq Qarabağ müharibəsi BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında müzakirə edilib:

“Bütün dövlətlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının üzvləri atəşi dayandırmağa və artıq 26 ildir ki, nəticəsi olmayan danışıqları bərpa etməyə çağırıb. Ümumiyyətlə, həmişə olduğu hər kəs ümumi açıqlamalarla kifayətlənib və öz işləri ilə məşğul olmağa davam edib. Bu isə o deməkdir ki, Dağlıq Qarabağda döyüş əməliyyatları davam edəcək. Pisləməkdən başqa heç bir tədbir görülməyəcək”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.