02
Oktyabr

2 Oktyabr

Yerli media

"Azİz": Ermənistan antisemitizm sahəsində qeyd-şərtsiz liderdir (Trend)

Ermənistan antisemitizm məsələsində nəinki liderlik edir, hətta qeyd-şərtsiz liderdir.

Bunu Azərbaycan-İsrail Dostluq Assosiasiyasının (Azİz) baş direktoru Lev Spivak deyib.

O bildirib ki, ən son sorğulara əsasən, dünyada ən yüksək antisemitizn göstəricisi (60 faiz) Ermənistanda qeydə alınıb. İkinci yerdə qərarlaşan Yunanıstanda isə bu rəqəm 30 faizə bərabər olub.

L.Spivak qeyd edib ki, Azərbaycanda hər zaman on minlərlə, bəlkə də yüz minlərlə yəhudi yaşayıb. Ermənistanda isə yəhudilər heç vaxt olmayıb, indi isə yüz nəfərdən çox olmaz:

“Ermənistan monoetnik respublikadır və orada yəhudilər yoxdur. Ölkədə yəhudilər olmaya-olmaya antisemitizmin səviyyəsinin yüksək olmasının səbəbini heç kim başa düşmür”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.