02
Oktyabr

2 Oktyabr

Yerli media

Erməni faşistləri Tərtər rayonunda yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqda davam edir (Azərtac)

Ermənistan silahlı qüvvələri Tərtər şəhərini, rayonun qəsəbə və kəndlərini, mülki infrastruktur obyektlərini ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Oktyabrın 2-də düşmənin artilleriya atəşi nəticəsində Tərtər şəhərində və rayonun digər yaşayış məntəqələrində onlarla ev, ticarət və iaşə obyektləri dağılıb və ya zərər çəkib. Həmçinin infrastruktura, kənd təsərrüfatına ziyan dəyib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.