02
Oktyabr

2 Oktyabr

Yerli media

Svante Kornell: Ermənistan vəziyyəti kəskinləşdirməklə nəzarət olunmayacaq həddə çatdırıb (Trend)

Ermənistanın hərəkətləri nəzarət etmək mümkün olmayan çox qeyri-stabil vəziyyətə gətirib çıxarıb.

Bunu Təhlükəsizlik siyasəti və inkişaf institutunun həmtəsisçisi və direktoru Svante Kornell deyib.

O bildirib ki, Ermənistandan hakimiyyət dəyişikliyi, Azərbaycanın gözləntilərinin əksinə, münaqişənin tənzimlənməsini hədəfləyən hökumətin deyil, danışıqlar prosesini ləngitməyə çalışan hökumətin yaranmasına gətirib çıxardı:

“İndiki hakimiyyət Madrid prinsiplərini rədd edərək danışıqlar prosesini kökündən dəyişməyə çalışıb, danışıqların tərkibinin dəyişdirilməsini tələb edib, Yaxın Şərq ermənilərini işğal olunmuş ərazilərə köçürüb və eyni zamanda “yeni ərazilər üçün yeni müharibə” ilə təhdid edib. Bütün bunlar nəzarət etmək mümkün olmayan çox qeyri-stabil vəziyyətə gətirib çıxarıb. Diplomatiyanın səmərəsizliyi Azərbaycanı iki variant qarşısında qoyur: ərazilərin itirilməsi ilə barışmaq, ya da ərazi bütövlüyünün bərpası üçün digər yollar axtarmaq”.

S.Kornell vurğulayıb ki, ATƏT-in Minsk qrupu bir mexanizm olaraq köhnəlib:

“Minsk qrupu ən yaxşı halda fəaliyyətsizliyin ört-basdır edilməsi və əslində olmayan “proses”in təqlidi vasitəsinə çevrilib. İndi qarşıda duran sual Minsk qrupunun tərkibinin dəyişdirilməsinin problemi həll edib-etməməsi və ya Minsk qrupundan tamamilə imtina edib, əvəzində digər mexanizm axtarmaqdan ibarətdir. Bu, qərəzsiz tərəflərin iştirakı ilə təşkil olunmuş sülh konfransı ola bilər”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.