02
Oktyabr

2 Oktyabr

Yerli media

Erməni faşizmi davam edir: Naftalanın Qaşaltı Qaraqoyunlu kəndi (Azərtac)

Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozan Ermənistan silahlı qüvvələri digər istiqamətlərdə olduğu kimi, Naftalan şəhərində də mülki əhalini hədəfə alır.

Ötən gün gecə saatlarında düşmənin ağır artilleriya atəşi nəticəsində mərmilərdən biri Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndinə düşüb. Nəticədə kənd sakini Səmayə Babayevaya məxsus ev dağılıb və yanğın baş verib. Qonşuluqdakı evin isə bir qismi ziyan görüb.

Bundan başqa, Ermənistan ordusunun bölmələrinin atdığı bir neçə mərmi əkin sahələrinə düşüb, infrastruktura ziyan dəyib.

Qeyd edək ki, sentyabrın 27-dən bu günədək Qaşaltı Qaraqoyunlu kəndinə onlarla mərmi düşüb, 3 ev dağılıb.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.