02
Oktyabr

2 Oktyabr

Yerli media

Xındırıstan kənd sakini: Qəhrəman hərbçilərimizdən qələbə müjdəsi gözləyirik (Azərtac)

Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir.

Düşmən oktyabrın 2-də gecə saatlarından başlayaraq rayonun işğal altında olmayan yaşayış məntəqələrini intensiv atəşə tutub. Rayonun təmas xəttinə yaxın məsafədə yerləşən kəndləri ilə yanaşı, təmas xəttindən uzaqda olan Quzanlı, İmamqulubəyli, Birinci Alıbəyli qəsəbələri, Xındırıstan, Paşabəyli kəndləri də atəşə məruz qalıb. Nəticədə kənd və qəsəbələrdə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ziyan dəyib.

Düşmənin yaşayış məntəqələrini intensiv atəşə tutmasına baxmayaraq, əhalinin əhval-ruhiyyəsi yüksəkdir. Ağdamlılar Azərbaycan Ordusuna güvənərək öz doğma kəndlərini tərk etmir, gündəlik işləri ilə məşğul olurlar.

Xındırıstan kənd sakini Araz Cəfərov deyib: "Gördüyünüz kimi, xain düşmən həm bizim kəndi, həm də digər kəndləri atəşə tutur. Ancaq sakinlər kənddədirlər. Çünki bilirik ki, qarşıda güclü ordumuz var. Bu ordu tezliklə düşmən üzərində qələbə çalaraq, işğal altındakı torpaqlarımızı azad edəcək. Biz hamımız ordumuzla qürur duyur, qəhrəman hərbçilərimizdən qələbə müjdəsi gözləyirik".

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.