30
Sentyabr

30 Sentyabr

Xarici media

“Al Jazeera” telekanalı Tərtər rayonundan reportaj hazırlayıb.

Kanalın Tərtərə ezam olunmuş müxbiri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə məlumat verir, rayonun ağır artilleriya hücumuna məruz qaldığını bildirir.

Reportajda mülki infrastruktura da hücum edildiyi, ölənlər və yaralananların olduğu vurğulanır. Mülki infrastruktura, yaşayış binalarına dəyən ziyanla bağlı görüntülər təqdim edilir. Qeyd olunur ki, Azərbaycan tərəfi Ermənistanın 30 ildən bəri işğal altında saxladığı əraziləri azad etməyə çalışır. Ermənistan ordusu yaşayış yerlərinə, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edir. Toqquşmalar davam edir. Görünən budur ki, müharibə başlanıb və nə vaxt bitəcəyi məlum deyil.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.