30
Sentyabr

30 Sentyabr

Xarici media

Misirin “Aldiplomasy” internet nəşri, “Youm7” informasiya portalı və “Gomhuria” qəzeti Azərbaycan Müdafiə Nazirliyinin məlumatını, Hərbi İnformasiya Mərkəzinin brifinqini yayıb.

Misir ictimaiyyətinə Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu əks-hücum əməliyyatı, Ermənistan qoşunlarına endirdiyi sarsıdıcı zərbələr barədə ətraflı məlumat verilib.

Misirin “Alwasela” internet nəşri isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ermənilərin saxta məlumatlar yayması ilə əlaqədar açıqlamasını yayıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.