
Zəfərin yolu
Noyabrın 4-ü saat 08.05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur.
Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür
Noyabrın 4-ü saat 10:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun kəndlərini intensiv artilleriya atəşinə tutur.
Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülür.