Əhaliyə dəyən ziyan
Ermənistanın təxribatları nəticəsində 402 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 2243 yaşayış evi yarasız hala düşüb
Ermənistanın təxribatları nəticəsində dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikası təqdim edilib.
Məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 402 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 2243 yaşayış evi yarasız hala düşüb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.