Törədilən cinayətlər
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur
Ermənistan ordusunun bölmələri Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
Tərtər və Bərdə rayonlarının ərazilərindəki yaşayış məntəqələrimiz düşmən tərəfindən atəşə tutulur.
Eyni zamanda, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini raket atəşinə tutmağa başlayıb.
Ermənistan silahlı qüvvələri Ağdərə istiqamətindən Naftalan-Tərtər rayonlarının ərazisini yaylım atəşli reaktiv sistemlərdən (YARS) atəşə tutur.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.