17
Oktyabr

17 Oktyabr

Gəncədə növbəti erməni terroru

Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutub.

Raket hücumu yaşayış binasında dağıntılara səbəb olub. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

17
Oktyabr

17 Oktyabr

Düşmənin Mingəçevirə atdığı raketlər zərərsizləşdirilib

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan atəşə tutmağa davam edir.

Düşmənin silahlı qüvvələri 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində növbəti dəfə Cənubi Qafqazın ən...

17
Oktyabr

17 Oktyabr

Gəncənin yenidən raketlə vurulma anı

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin növbəti dəfə raket atəşinə tutulmasının görüntüləri yayılıb. Hücum anını türkiyəli jurnalist telefonla lentə alıb.

17
Oktyabr

17 Oktyabr

Erməni terrorunun Gəncəyə vurduğu yaralar

Gecə saatlarında Ermənistan silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutub. Düşmənin atdığı raketlər şəhərin müxtəlif yerlərinə düşüb.

Gəncənin mərkəzi hissəsində yerləşən yaşayış məntəqələri raket zərbələri nəticəsində tamamilə dağılıb, 12 nəfər həlak olub, 40-dan çox mülki şəxs yaralanıb. Bundan əlavə çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Düşmənin atdığı növbəti raket şəhərin Süleyman Rəhimov küçəsindəki həyətyanı sahəyə tuş gəlib. Zərbənin təsirindən yaxınlıqda yerləşən evlərdə dağıntı olub,...

17
Oktyabr

17 Oktyabr

Gəncə raket hücumundan sonra

Oktyabrın 17-də gecə saat 1 radələrində döyüş bölgəsindən kənarda yerləşən Gəncə şəhərinə Ermənistan ordusu tərəfindən raket zərbələri endirilib. Yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb.

İlkin məlumata görə, hadisə nəticəsində 12 nəfər həlak olub, 40-dan çox mülki şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

17
Oktyabr

17 Oktyabr

Gəncəyə atılan raketlər SCUD/Elbrus taktiki ballistik raketlərdir

Gəncəyə atılan raketlər SCUD/Elbrus taktiki ballistik raketlərdir. Bunu hadisə zonasından tapılan mərmilər sübut edir. SCUD raketini sıx məskunlaşmış mülki şəxslərə yönəltmək, Ermənistanın hərbi-siyasi rəhbərliyinin tamamilə əxlaqsızlığını və şizofrenik düşüncəsini göstərir.