Zəfərin yolu
Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 16-sı saat 11:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikası təqdim edilib.
Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1669 ev, 84 çoxmənzilli yaşayış binası və 301 mülki obyekt yararsız vəziyyətə düşüb.
Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx olduğu yaşayış məntəqələrini, mülki obyektləri atəşə tutmaqda davam edir.
Bir neçə gün əvvəl Ermənistan ordusunun atdığı mərmi Naftalan şəhərinin Qaşaltı kəndində yerləşən fərdi evdə yanğına səbəb olub. Hadisə nəticəsində evə ciddi ziyan dəyib.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən evin qalan hissəsi yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğın baş vermiş evin...
Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təxribatı nəticəsində Füzuli və Beyləqan rayonlarında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə də ziyan dəyib.
Sahibkarların təsərrüfatlarına və biznes obyektlərinə dəymiş zərərlə yerində tanış olmaq, onların ehtiyaclarını öyrənmək, eləcə də zəruri və təxirəsalınmaz öhdəlikləri (kredit, vergi və s.) barədə məlumat əldə etmək üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məsul əməkdaşları oktyabrın...